Xəbər lenti


 
 Cəmşid Dərələyəzli
     
27 sentyabr 2020-10 noyabr 2020-ci il 44-günlük zəfər tariximiz. Əvvəlki tariximizi demirəm, son iki yüz ildə heç olmayan, bir zəfər tarixidir bu tarix. 
          
O iki yüz il ki, mənfur qonşularımız zaman-zaman Azərbaycanı tarixən parçalayıb, daima bizi-bizdən, bizi eldən  ediblər. Bəli, üzərində durduğumuz bu torpaqlar mənfur qonşularımız tərəfindən zaman-zaman pendir kimi doğaranaraq, hərəsi bir parçasına sahib olmuşlar. Çünki, ingilis, fransız və  rus ağalar,   bunu məhz belə istəmişlər; bu gün də qardaş Türkiyədən, Azərbaycandan istədikləri kimi. Məhz ondandır ki, onların basqısı ilə  Azərbaycan coğrafiyasının bir parçası olan İrəvan və onun ətraf  bölgələri 9 min kv. km olmaqla  1918-ci il Batumi müqaviləsi ilə  ermənilərə dövlət qurmaları  üçün verildi və bu barədə 4 iyunda Türkiyə və Azərbaycana məcburən ermənilərlə birgə bəyannamə imzalatdırdılar. O zaman bu bəyannamədə bir şərt də var idi ki, ermənilər Azətrbaycanın başqa ərazilərinə iddialarından vaz keçirdilər. Amma, sən saydığını say. 
    
1805-ci-1827-cı illərdə Şimali Azərbaycanı tamamilə işğal edən Rusiya son iki yüz ildə bu torpaqların tək sahibi kimi davrandı. 1920-ci ildə isə  həmin Rusiyanın sələfi Rusiya Bolşevik höküməti Azərbaycan Xalq Cümhuriyyətini devirib, hakimiyyəti ələ aldıqdan sonra 1920-ci ilin 2 dekabrında ermənilərlə hərbi-siyasi müqavilə imzalayıb birtərəfli qaydada Azərbaycanın  Zəngəzur, Dərələyəz, Göyçə və Qaraqoyunlu mahallarını  Ermənistanın   tərkibinə daxil edərək, Ermənistan ərazisini 9 min kv. km-dən 29 min kv. km çatdırdılar.  Bolşeviklər, özləri də dedikləri kimi, bununla onlar həm “Ermənistanın” əlini möhkəmləndirdilər, həm də ən əsası Zəngəzurdan Türkiyənin Tükdilli dövlətlərə, xüsusən də Azərbaycana  çıxışını qapatdılar.            
      
Yetmədi, sonda da SSRİ  imperiyasının   süquta uğraması ərəfəsində, 1988-ci ildə Qərbi Azərbaycandan (indiki “Ermənistan”) bütün soydaşlarımız son nəfərinə kimi öz dədə-baba torpaqlarından zorla  çıxarıldı və bütün kənd və şəhərlərin, mahalların adları, toponimləri dəyişdirilərək, erməniləşdirildi.


        
Ona görə də məhz bütün bunlardan dolayıdır ki, ölkə başçısı son Kəlbəcər səfərində haqlı olaraq Göyçə mahalının Basarkeçər rayonunun adının ermənilər tərəfindən dəyişdirilib Vardenis adlandırılmasını əsas  tutaraq bu məsələ ilə, yəni “Ermənistan”da adları dəyişdirilmiş toponimlərlə bağlı güclü təbliğatın aparılmasını rəsmi olaraq bəyan etdi. İndiki ərəfədə bu lazımdı və bütün ölkə ziyalıları, xüsusən də Qərbi Azərbaycanlılar buna köhlənməlidirlər. Çünki, ikinci hədəf insanlarımızın 1920-ci ildə bizdən alınan Zəngəzur, Dərələyəz, Göyçə və Qaraqoyunlu mahallarına, öz dədə-baba yurdlarına qayıtarılmasıdır. Düzdür, Qərbi Azərbaycandan olan vətənpərvər   ziyalılarımız öz təşəbbüsləri ilə son 30 ildə bu barədə çox kitablar yazmışlar. İndi onların bir çoxu Azərbaycan Qaçqınlar Cəmiyyətində saxlanılsa da, əksəriyyəti əllərdədir. Mətbuatdan bizdə olan məlumata görə, bu sənədli kitabların bir mərkəzdə toplanması üçün bir arxivin və ya muzeyin  yaradılması barədə Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyəti tərəfindən zaman-zaman hökümətə müraciətlər edilsə də, tədbir görülməmişdir. 
      
Yuxarıda da qeyd etdiyim kimi, SSRİ imperiyasının süquta uğramasından istifadə edən ermənilər    ozamanki Sovet qoşunlarının tör-töküntülərini də arxalarına alıb (əslində Rusiya erməni tör-töküntüləri ilə), 1918-ci ildə imzalanmış Batumi müqaviləsindəki vədlərinə xilaf çıxaraq, sonda  bütöv Qarabağı da  işğal etdilər. Bu işğal düz 30 il sürdü.  Bununla da olub -qalan qürurumuz tapdalandı, alnımıza namus ləkəsi vuruldu. 


    
Nəhayət, 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandanın rəhbərliyi  ilə Azərbaycanın müzəffər Ordusu Qarabağın işğaldan azad olunması üçün hücuma keçdi. Bu hücum dünyanın heç bir hərb tarixində olmayan 44-günlük zəfərlə başa çatdı. Bu sevinci bizə yaşadıb, alnımızdan o utanc ləkəsinin silən Başda Ali Baş komandan olmaqla, müzəffər Azəırbaycan Ordusuna çox sağol deyir və bu qələbə üçün şəhadət şərbətini içib vətən torpaqlarının  hər qarşında qanları ilə  dastan yazan   şəhidlərimizin ruhları qarşısında da baş əyirik. Eyni zamanda bu müharibədə yanımızda olan və bir an belə bizi yalqız qoymayan qardaş  ölkələrə, xüsusən də Türkiyəyə şükranlarımızı bildiririk.
            
 Bu müharibədə xalqımın birliyinə və mətinliyinə də alqış deyirəm. Çünki, biz bu müharibədə uşaqdan -böyüyə hər şeyi unudub bir olduq, yumuruq olduq, Ali Baş Komandana arxa durmaqla, Dövlətin yanında olduq. 
   
Bəli, bu 44-günlük zəfər tarixi, Azərbaycan tarixinin ən qürurlu, ən şanlı tarixi olacaq və əbədiyyən nəsillərimiz bundan qürür duyacaqlar. Hansı ki, bizdən öncəkilər son iki yüz ildə belə bir tarixin şahidi olmamışlar. 




     
Belə bir şanlı tarixin memarı isə Ali Baş Komandan cənab İlham Əliyevdir. Mən bu barədə öncəki yazılarımda da qeyd etmişdim. Bu məddahlıq deyil. Bu bir gerçəkdir və biz bu gerçəyi görməzdən gələ bilmərik. Çünki bizə bunu nə Allah bağışlar, nə də Tarix. O, 44-günlük müharibədə həm masada, həm də sahada əsl vətənpərvərlik nümayiş etdirdi. Bütün dünyanı, onların kütləvi informasiya vasitələri ilə, tam  qarşısına aldı.  O bununla, səngərdə şəhadət şərbətini içən, bir əsgər qədər vətən və torpaq naminə ölümün gözünə dik belə baxdı. Allah ona yar olsun.
      
Bu qələbə, bütün yurda, 50 milyonluq millətimizə,  bütün Türk dünyasına, dost və tərəfdaş ölkələrə sevinc gətirdi. Dünyadan həsrətlə köçənlərin nigaran ruhlarına isə su çilədi. Düşmənlərə isə kədər və üzüntü gətirdi. Nə yazıq ki, bu qələbədən sevinməyən və bu qələbə ilə  məkrli amacları suya düşən  bəzi üzdəniraq  “soydaşlarımız” da  oldular və   olmaqda da davam edirlər. Ona görə də bir müddət bu qələbədən mat vəziyyətinə düşən onlar, sonra başladılar daxildən və xaricdən ermənilərin belə, demədikləri ürək bulandıran çıxışlar etməyə: “Ay camaat "Qarabağ  alınmayıb", "İlham Əliyev Putinlə sadəcə oyun oynayır", "Xankəndi satılıb", " İlham Əliyev rusları Azərbaycana gətirdi", "Xankəndində ruslar filan-filan şeylər tikir",  “Nahaq yerdən xalqın balalarını qırdırdılar”, “Türkiyə Azərbaycandan   getdi”, "Təzminat nə oldu",   “Xankəndini iki günə bonbalamaq lazım idi”, “Laçın ermənilərə verilib” “Risyada bir tender sənədində Dağlıq Qarabağ  Respublikası yazılıb”, “Putinin dili Jirinovski bunu dedi” və s, və il axır.   Təssüf ki, bu ürək bulandıran qara yaxmalar bu gün də davam etməkdədir. Ən  utanc vericisi  isə,   siyasətdən xəbəri belə olmayan  bəzi  təkadamcıq “parti” sədrlərinin də onlara züy tutmasıdır. Amma bu bədbəxtlər anlamırlar ki, bəhs mövzusu vətən və  torpaq   olanda,  bu amallara qarşı müxailflik etmək, dil uzatmaq   xainlikdir, satqınlıqdır.  
     
Hansı  ki, tam bir il öncə Qarabağın   işğaldan azad olunması  bir xəyal   idi. Və ən çox da o zehniyyət ultumatum verirdilər ki, “İlham Əliyev  Qarabağdan vaz  keçib, o,   heç vax Qarabağı geri qaytara bilməyəcək “ və s.



   
İndi isə səmimiyyətsiz fikirləri ilə ürək bulandırırlar. Əslində onların yanğısı vətən, torpaq  deyil, onların yanğısı İlham Əliyevdir. Amma onu da görməyəcəklər. Çünki, Qarabağın azad olunması ilə xalq 7-dən-70-ə İlham Əliyevin  arxasındadır.
   
Qaldı digər soydaşlarımızın Qarabağ qonusundakı əndişələrinə, sanıram başadüşüləndi. Sadəcə bir az da səbr, bir az da zaman. Artıq  mərhələ-mərhələ  hədəfin sonuna yaxınlaşırıq  və   bütün  proseslər də Azərbaycanın xeyirinə  işləyir. İnşallah, Ermənistanla da sülh sazişinə də gediləcək. Çünki, ermənilərin başqa çıxış yolu qalmayıb. İndiki halda bəzi  Ermənsitan yetkililərinin “bəyanatları” da   erməni auditoriyasına hesablanıb, o qədər. Təbii ki, son söz Paşinyanındır, o da son addımlarını atır və sözünü də deyir. Yenə də deyirəm, sadəcə bir az da səbr, bir az da zaman.
  
Qaldı ki ermənilərin beynəlxalq  havadarlarının bəyanatlarına, artıq  onların da heç bir əhəmiyyəti qalmayıb. Əsas odur ki, ölkə başçısının dünyaya verdiyi mesajlar, dünyanı artıq bu bölgədəki vəziyyətlə barışdırıb. 
      
Gəldi çoxlarımızı əndişələndirən Rusiyanın sülhməramlı adı ilə Qarabağda hələlik var olmasına  (10 noyabrda Rusiyanın üçüncü tərəf olaraq  o sazişi imzalaması Azərbaycana lazım idi, bunun nədəni isə başqa bir mövzunun söhbəti), əslində Rusiya Azərbaycanda həmişə var olub. Amma  Rusiya indi 10 noyabr sazişini  imzalamaqla, bir növ özünün Azərbaycandan əbədiyyən getməsinin əsasını qoyub. Ondandır ki, bu sazişlə özünü tələyə salan Rusiya onun  pozulması üçün,  Qarabağda  istədiyi qədər təxribatlara gedir ki,  nə olur-olsun ATƏT  üçlüyünü   yenidən diriltsin . Heç ATƏT   üçlüyü 10 noyabr sazişini imzalayanda Rusiyanın yadına düşmürdü ki, axı onlar da var və bu məsələdən onlar da məsuldurlar. Digər yandan  isə Rusiya başını o qədər itirib, düşünmür ki, bu məsələdə Azərbaycanın razılığı da olmalıdır. Azərbaycanın dövlət başçısı isə qələbədən dərhal sonra, suları süzülə-süzülə Azərbaycana gələn  yarıtmaz   ATƏT-in həmsədr ölkələrinin nümayəndələrinə “mən sizi dəvət etməmişəm” deməklə,  son şilləsini  ilişdirib   yola saldı.   


     
İkinci bir tərəfdən, artıq dünyada və bölgədə geopolotik dəngələr Azərbaycanın xeyirinə çox surətlə dəyişir. 
 
Üçüncüsü, Türkiyənin Şuşa bəyannaməsi ilə bölgədəki varlığı  Rusiyanı narahat edir. Digər tərəfdaş  ölkələrdən Pakistan, İsrai və s. ölkələr də. 
 
Dördüncüsü, Xankəndidə qalan ermənilər üçün nəfəslik, sosial vəziyyət və işsizlik fəlakət həddindədir. Qarşıdan  isə  soyuq qış gılir. Onlar ya çıxıb getməlidirlər, ya da Azərbaycana üz cevirməlidirlər. 
 
Beşincisi, Rusiyanın hazırkı benəlxaq və daxili vəziyyəti   Rusiya xofunu minimuma endirib. Xüsusən də 44-günlük savaşla biz o xofu ən azından Azərbaycan xalqının beynindən silib ata bildik (təssüf ki, bəzi siyasi analtiklərdə bu xof hələ də qalır). 
 
Altıncısı, ermənilər də başa düşürlər ki, Rusiyanın onların könlünü almaq  üçün, yenidən onlara verdiyi dəmir-dümür də  (silahlar) indən belə heç nəyə yaramayacaq.  Olsa-olsa, o silahlar yenə də Azərbaycanın Qənimət Parkının eksponatına   çevriləcək. Bu səbəbdəndir ki, Paşinyan Türkiyə ilə dialoqa  getmək üçün müsbət notlar səsləndirməkdədir. Çünki erməni Baş nazir  anlayır ki, Qərbə yol və Ermənistanın xilası Türkiyə ilə münasibətlərdən keçir.  Ona görə də bütün bu deyilənləri diqqətə alsaq, görərik ki, Rusiyanın son hərəkətləri bölgədəki son çırpıntılarıdır, o qədər!  
    
Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu, İrəvan, bütün   indiki “Ermənistan” Azərbaycandır! Allah Türkə yar olsun. Duymayanlar da duysun, zaman artıq Tükün zamanı!


Ana səhifəyə qayıt        Baxış: 4 958          Tarix: 8-09-2021, 07:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma