Xəbər lenti


 Cəmşid Dərələyəzli
 
 
9-10 oktyabr 2020-ci il Moskova danışıqlarının nəticələri. Elə bilirəm məyyusluğa və ruhdan düşməyə  hələlik   elə bir əsas yoxdur. Onsuz da Azərbaycan həm sahədə, həm havada  və həm də diplomatiyada irəlidədir. Qaldı Moskovadakı bu son razılaşmaya, göründüyü kimi bu sadəcə hələlik sözdür və tərəflər də bu razılaşma ilə üzərlərinə heç bir hüquqi öhdəlik  götürməyiblər. Amma, nə olur-olsun, biz qətiyyətimizdən  bir addım belə  geri çəkilə bilmərik.
 
Təbii ki, biz müharibə ilə yanaşı diplomatiyada da öz sözümüzü deməliyik . Ona qədər ki, erməni masaya oturub, heç bir şərt irəli sürmədən qoşunlarını Qarabağdan çıxarmalıdır. Ona da inanmırıq ki,  Paşinyan sülhlə bu addımı atsın. Çünki, bu onun özünün ölüm fərmanını imzalamq kimi bir şey olar. Odur ki, bu millətə xoşluq baxımından güvənmək olmaz. Çünki, keçən əsrin əvvəllərində də Antantanın basqısı ilə 1918-ci ildə onlara bizim ərazimizdə dövlət qurmaları üçün, İravan da daxil  9 min kv. km. torpaq versək də və onlar bağlanan müqavilədə bundan sonra Azərbaycanın digər ərazilərinə iddia etməyəcəklərinə söz versələr də sonradan Dərələyəzi,  Zəngəzuru və Göyçəni də bizdən qopardılar. Ona görə də bir-iki günlük,  dəyiş-düyüşdən sonra hemlelerimiz davam etdirməli və ermənini masaya gətirməliyik. 
 
Qaldı Rusiyanın növbəti aktyorluğuna, Rusiya yenə də öz çıxarları peşində. O bu dəfə də bir güllə ilə bir neçə quş vurmaq istəyir. Yəni Rusiya bu addımı ilə birincisi   xoşuna gəlməyən Paşinyanı zərbə altında qoyur, ikincisi, NATO-nun üzvü olan Türkiyənin mövqeyini önləyib Azərbaycana yəni Cənubi Qafqaza girişini əngəlləyir, üçüncüsü də  dünyaya bu bölgədə hələ də hakim özünün  olduğunu, bir daha nümayiş etdirmiş olur. İnanırıq ki, bütün bunların fonunda Azərbaycan Dövlət Başçısının qətiyyəti və əzmi  bu dəngələrin darmadağın edilməsində öz sözünü deyəcəkdir. Əks təqdirdə, bizim də bu həlledici məqamdan  geriyə dönüşümüz, fəlakət olar. 
 
***
 
1988-ci il. Son yüz ilin qara tarixlərimizdən biri. Ta o zamandan 32 ötdü. Bu otuz iki ildə, cox sular axdı, çox şeylər dəyişdi. Dəyişməyən isə, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin taleyi və  bir də  son yüz  ildə Qarabağ da daxil  bizdən qoparılmış topraqların hələ də düşmən tapdağında qalması oldu. Bədnam 1918-ci ilin 29 mayında İravan da daxil ermənilərə verilmiş 9 min kv. km ərazilərdən  sonra,  yetməmiş kimi    bolşeviklərin onlara vermiş olduqları yeni ərazilər, xüsusən də Dərələyəzin Zəngəzurun və Göyçənin hesabına  29 min kv. km. çatdırılmışdır. 
 
    İllərdir çox incitdi bizləri bu torpaq itkiləri. Ən çox da bizi sarsıdan ermənilərin bu illər ərzində alnımıza sürmüş olduqları namus ləkəsi, bir də tökülən şəhid qanlarının   yerdə qalması oldu. Ermənilərin Qarabağda, xüsusən də son dövrlərdə Şuşada  etdikləri  hər  hərəkət, xəncər olub saplandı kürəklərimizə. Qeyrəti olan hər bir kəs, çox sarsıldı, hətta dözməyib dünyasını dəyişənlər oldu belə. 
 
    Bütün bunlardan dolayı, xalq içərisində, kulislərdə həmişə bir sual dolaşırdı, Görəsən Ölkə Başçısı bütün bunları görmrmü, görürsə bəs nədən onda  səssiz qalır.
     
Nəhayət, bütün bu suallara cavab bu günlərdə-27 sentyabırda başladılmış yeni Qarabağ savaşında verildi.  Həm havada, həm sahədə, həm də sözdə. Bütünlüklə isə, Cəbrayılın işğaldan azad olunması ilə bağlı oktyabrın 4-də Ölkə Başçısı, Ali Baş Komandan  cənab İlham Əliyevin xalqa müraciətində öz əksini tapmış oldu.
 
  Nələr deyilmədi. İllərdir bizi düşündürən sualların hər biri çılpaqlığı ilə ortaya töküldü. Rəsmi vəzifəsi imkan vermədiyi üçün, qan tökülməsin, danışıqlarla torpaqlar qayıtsın  deyə, illərdir susan və nə qədər ağır olsa da ürəyində gəzdirdiyi bu ağır yükü, sonda məhz dünən, 4 oktyabrda püskürdü. Bütün xalq bu çıxışa kilitləndi. Hər kəs dünəni danışır. Artıq bu gün illərdir ona haq verməyənlər belə, onunla razılaşdılar ki, doğurdan da O da onların hər biri  kimi erməni qonusundakı məsələlərə nə qədər  həssaslıqla, çılğınlıqla, qeyrətlə yanaşırmış.
   
Məhz ona görə də Şair belə zamanlar üçün demişdir: “Alqış bu gününə, alqış sabahına”. 
  
Demək ki, gün bu gün imiş. O zaman, bu zaman imiş. Həmişə deyilirdi ya, bu zaman kişi görəsən nə vaxt gələcək. Gəldi zaman kişi. Ölkə başçısı O zamanın gəlişi ilə bağlı axır ki,  verdi son əmrini. İrəli Azərbaycan əsgəri. 
 
Bu gün həqiqətən də Ordumuz yeni tarix yazır. Bü gün bütün düşmənlərimizin xar olan günü, dostlarımızın bizimlə bərabər sevinən günüdür. Bu gün xalqımızın gözlərindən sevinc yaşlarının axdığı gündü. Bu birliyin, bu qeyrətin qarşısında, artıq bir köpek oğlu erməni tab gətirə bilməz. Nə qədr sərsəmləsələr də, çığınlıqdan nə qədər müharibə bölgəsindən kənar ərazilərimizə saldırsalar da, artıq son çırpıntısıdır ermənilərin. Biz bütün bu sərsəmliklərə qarşı təmkinli olub, ilk növbədə Qarabağı xilas etməliyik. Onların məqsədi özləri kimi hərəkətlərə sövq edib,   bizləri hədəfdən yayındırmaqdır. Amma çatlasalar da, partlasalar da biz bu oyuna gəlməməliyik. Biz ilk öncə Qarabağı götürüb, 1453-də   Hasanın İstanbulun kalesinə sancdığı bayraq təkin, hələlik Gorusun qıyısına  bayrağımızı sancmalıyıq ki, sonrakı mərhələdə də Zəngəzuru, Dərələyəzi, Göyçəsi gəlsin.
 
Qaldı dünyanın diqqətinə, artıq onlar da vız gələr. Ölkə Başçısının son çıxışında verildi hər kəsin cavabı. Xüsusən də    erməni yandaşları olan  ATƏT-in Minski üçlüyündən olan, arvad  “kişisi”  Fransa Prezidenti Makronun. Ki, yetər artıq 27 ildir bizə danışdığınız nağıllar. Indi o nağılı Qarabağda biz yazırıq, yazırıq ki, indi də Siz oxuyasınız. 
   
Mən bütün soydaşlarımıza üz tuturam. Bütün umu-küsüləri bir kənara buraxıb da, bir və birlik olub Ölkə Başçısının yanında olmalıyıq. Müharibə ilə bağlı verilmiş bütün qərarlara sayqı ilə yanaşıb, əməl etməliyik. İnşallah biz qələbə gününü birlikdə qeyd edəcəyik. O gün uzaqda deyil.
 


Ana səhifəyə qayıt        Baxış: 3 478          Tarix: 10-10-2020, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma