Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində Qarabağda yerləşdirilmiş rus “sülhməramlı”larının mandatı məsələsinə aydınlıq gətirərkən bunun yalnız 10 noyabr Bəyanatından irəli gəldiyi, bu barədə hər hansı əlavə hüquqi sənədin olmadığını bildirmişdi. Diplomat onu da vurğulamışdı ki, Bəyanatda rus “sülhməramlı”larının müvəqqəti olaraq təyinat nöqtələrinə yerləşdirildiyi bildirilir.
“Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər", - Hikmət Hacıyev açıqlamasında belə demişdi.
Diplomat onu da bildirmişdi ki, 10 noyabr Bəyanatını imzalayan tərəflər arasında “əlavə razılaşmalar və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ də davam edir”. Bir sözlə, Hacıyevin açıqlamasından belə anlaşılır ki, Rusiya və Ermənistan tərəfindən 10 noyabr Bəyanatında nəzərdə tutulmayan bəzi təkliflər olub, Azərbaycan isə bununla razılaşmayıb. Məhz bu səbəbdən də müzakirələr indiyədək uzanır.
Bəs, bu əlavə təkliflər nə ola bilər?
Zənnimizcə, bu suala qondarma “DQR”nin “Xarici İşlər naziri” David Babayanın Hikmət Haciyevin açıqlamasına bu gün verdiyi şərh kifayət qədər aydınlıq gətirir. Ovqat.com-un məlumatına görə, “DQR”nin rəsmi Telegram səhifəsində dərc olunan müsahibəsində Babayan jurnalistin sualını belə cavablandırıb:
“- Azərbaycan Prezidenti Aparatının xarici siyasət idarəsinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “Arsax”dakı Rusiya sülhməramlıları müvəqqətidir. Sizin fikrinizcə, bu cür bəyanatların məqsədi nədir, Bakı hansı addımları atmağa qadirdir?
- Rusiya sülhməramlıları çox vacib iş görürlər, lakin sülhyaratma missiyasının başa çatdırılması yalnız münaqişənin tam həlli ilə mümkündür. Azərbaycan ümumi nizamlanmaya, yəni “Arsax”ın müstəqilliyinin tanınmasına və bu addımı 2025-ci ilə qədər atmağa hazırdırsa, münaqişə həll olunmuş hesab edilə bilər. Yox, əgər o, buna hazır deyilsə, münaqişənin həlli bütün nəticələri ilə təxirə salınacaq.
- Bu cür bəyanatlara Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinin nəticəsi kimi baxmaq olarmı?
- Son zamanlar biz Azərbaycanda müxtəlif antirusiya əhval-ruhiyyəsini görürük. Heç nəyə baxmayaraq, biz çox ağıllı və düzgün siyasət aparmalıyıq.
- Necə bilirsiniz, Rusiyanın sülhməramlı missiyasının fəaliyyət müddətini daha beş il uzatmaq lazımdırmı?
- Əgər münaqişə həll edilməsə, partlayışlı vəziyyət yaranacaq, yeni problemlər ortaya çıxacaq, əlbəttə ki, bu zaman sülhməramlı missiyanın uzadılması lazım olacaq. Rusiyanın sülhməramlı missiyasının müddəti, münaqişənin nəzərdə tutulmuş müddətdə həll edilməsinin mümkün olub-olmamasından asılıdır.
- ATƏT-in Minsk Qrupunun Rusiyadan yeni həmsədri var. Onun İrəvanda görüşləri olub. Necə düşünürsünüz, insanların dəyişməsindən nə isə asılıdır?
- Mən də yeni həmsədr ilə görüşmüşəm. O, yüksək peşəkarlığı olan təcrübəli şəxsdir. Bu, çox vacibdir və prosesin davamlı olduğunu göstərir. Yeni həmsədrin təyin edilməsi Minsk qrupunun gücündən və həmsədrlərin işinin davam etdirilməsinin zəruriliyindən xəbər verir. Mən bunu birmənalı olaraq müsbət qiymətləndirirəm”.
Qeyd edək ki, Hikmət Hacıyevin də dediyi kimi, Rusiya “sülhməramlı”larının Qarabağdakı mövcudluğunu tənzimləyən yeganə sənəd 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdır. Həmin Bəyanatda isə rus “sülhməramlı”larının 5 il müddətində Qarabağda fəaliyyəti nəzərdə tutulur. Bəyanatın 4-cü Maddəsində deyilir:
“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Bəyanatın imzalanmasından dərhal sonra rus “sülhməramlı”larının Qarabağa yerləşdirildiyini nəzərə alsaq, belə çıxır ki, onlar daha 4 il müddətində orda qalacaqlar. Mandat müddətinin uzadılmasına isə sənədi imzalayanlar qərar verə bilərlər. “DQR” isə qeyri-qanuni qurumdur, heç bir beynəlxalq təşkilat və dövlət, hətta Ermənistan tərəfindən tanınmayıb, üstəlik, 10 noyabr Bəyanatının da tərəfi deyil. Ən əsası isə, Bəyanatda sülhyaradıcı mandatın konsensus yolu ilə uzadılması nəzərdə tutulur. Yəni tərəflərdən sadəcə birinin bundan imtinası sülhyaradıcı missiyanın başa çatması üçün əsasdır. Qarabağ isə Azərbaycanın dövlət ərazisinə daxildir və hər kəsdən daha çox rus “sülhməramlı”larından imtina hüququna malikdir.
Bütün bunlara baxmayaraq, Hikmət Hacıyevin şərhinə “DQR” kimi qeyri-qanuni qurumun “rəsmi”sinin cavab verməsi rus “sülhməramlı”larının indi belə, öz missiyalarını yerinə yetirmədiyini göstərir. Çünki Babayan kimi həddini aşan separatçıların məhz rus “sülhməramlı”larından cəsarət aldığı ortadadır. Rəsmi Bakı daha 3 il 6 ay gözləmədən Moskvanı öz səlahiyyət həddini aşdığına görə şələ-şüləsini yığışdırıb Azərbaycan torpaqlarından dərhal çıxmağa çağırmalı və bu istiqamətdə gərəkli addımları atmalıdır.
Bütün bunlar öz yerində, bizim anlamaqda çətinlik çəkdiyimiz başqa bir məqam da var: Azərbaycan kimlərinsə təzyiqi altında bizə təqdim olunan suverenlik haqlarımıza zidd, ərazi bütövlüyümüzü heçə sayan təklifləri niyə indiyədək müzakirə edir?
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar