Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
İran Xarici İşlər naziri Əmir Abdullahyan Moskva səfərindən əli ətəyindən uzun geri qayıtdıqdan sonra Tehrandan Azərbaycana maraqlı təklif gəlmişdi.
Ovqat.com-un məlumatına görə, İranın Xarici İşlər Nazirliyindəki adı çəkilməyən mənbə mətbuata verdiyi açıqlamada rəsmi Tehranın yaxın günlərdə Bakı ilə fəal diplomatik təmaslara və müzakirələrə başlamaq niyyətində olduğunu bildirmişdi.
İlk baxışdan Tehranın bu açıqlaması Moskva təmaslarından nəticə çıxarıb Haqqa gəldiyi qənaəti yaradırdı. Di gəl ki, açıqlamanın davamında ifadə olunan fikirlər Tehranın ona verilən mesajları anlamaqda çətinlik çəkdiyini göstərir.
Məlumatda qeyd olunur ki, Tehran Bakı ilə 5 məsələni müzakirə etmək istəyir:
1. “3+3” formatında (Azərbaycan-Rusiya-Ermənistan və Türkiyə-İran-Gürcüstan) İranın aktiv fəaliyyətinin təminatı;
2. "2+"2 formatında İranın iştirak variantlarının nəzərdən keçirilməsi;
3. İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yaranmış yeni realıqların müzakirəsi;
4. Qarabağın statusunun müəyyənləşdirilməsində İranın rolunun müzakirəsi;
5. İkitərəfli əlaqələrdə son vaxtlar yaranmış müəyyən problemlərin nizanmalanması yollarının müzakirəsi.
2. "2+"2 formatında İranın iştirak variantlarının nəzərdən keçirilməsi;
3. İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yaranmış yeni realıqların müzakirəsi;
4. Qarabağın statusunun müəyyənləşdirilməsində İranın rolunun müzakirəsi;
5. İkitərəfli əlaqələrdə son vaxtlar yaranmış müəyyən problemlərin nizanmalanması yollarının müzakirəsi.
Maraqlıdır ki, İranın bu təklifinə Azərbaycandan heç bir rəsmi cavab verilmədi. Verilə də bilməzdi. Əvvəla, ona görə ki, rəsmi Bakı Qarabağın statusu məsələsinin artıq həll olunduğunu bildirib və bu mövzunu heç kiminlə müzakirə etmir.
İkincisi, ona görə ki, adi riyazi qayda var. Bu qaydaya əsasən, “2+2 “4”-ə, “3+3” isə “6”-ya bərabərdir. Azərbaycanla İranın bir araya gəlməsi bu riyazi əməldə 2-yə bərabər olar. Sözsüz ki, istənilən ikilik, hansısa 4-lüyə və 6-lığa aid məsələləri müzakirə edə bilməz, etsə belə, bu təşəbbüsdən heç bir real nəticə çıxmaz. Bakı isə Tehran qədər bekar deyil ki, real nəticəsi olmayan məsələlərin müzakirəsinə vaxt sərf etsin. Odur ki, İran XİN bu cür absurd təkliflər irəli sürmək yerinə, getsin, ibtidai sinifdə keçirilən riyaziyyat fənnini öyrənsin. Biz hələ dərin diplomatiyadan danışmırıq.
Üçüncüsü, ona görə ki, 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni realıqları Azərbaycan İranla müzakirə etməz. Çünki bu məsələnin İrana zərrə qədər dəxli yoxdur. Üstəlik, İran son zamanlar tutduğu mövqe ilə İrəvanın sözçüsü kimi çıxış edir. Azərbaycanın isə tərəfin özü olan yerdə onun sözçüsü ilə danışıqlara vaxt itirəcək qədər xam ölkə deyil. Necə ki, problemin əsas tərəflərindən olan Ermənistan XİN-dən verilən son açıqlamaya görə, İrəvan Bakı ilə danışıqlara hazırlaşır. Məlumatda deyilir:
““Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib”.
“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında bildirib.
Onun sözlərinə görə, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. Bundan başqa Qarabağ da diqqət mərkəzində olacaq”.
Ararat Mirzoyanın bu açıqlamasını qısa analizdən keçirsək, görərik ki, İrəvan bundan sonra Azərbaycanla apardığı müzakirələrdə Qarabağ məsələsinin yalnız humanitar aspektdən ələ alınması reallığı ilə razılaşır. Belə ki, iki dövlətin xarici işlər nazirlərinin gözlənilən görüşünün gündəmi humanitar məsələ olacaq və bu konteksdə Qarabağ məsələsi gözdən keçiriləcəksə, deməli İrəvan üçün də artıq sözügedən mövzu siyasi problem olmaqdan çıxıb. Odur ki, İran Qarabağın statusu məsələsini müzakirə etmək üçün Azərbaycana gəlməsinə də ehtiyac yoxdur.
Məlumatın İranın “qırmızı cizgisi” hesab etdiyi Ermənistan tərəfindən səsləndirilməsi də ilgincdir. Sanki bu açıqlaması ilə Ermənistan öz “ağsaqqalı” və “minillik qardaşı” İrana məşhur rus deyimini xatırladır: “Третий лишний”. Yəni sən sus və otur yerində! Burnunu özünə aid olmayan məsələlərə soxma!
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar