Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək.
Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.
Azərbaycanla Mərkəzi Asiya artıq vahid geosiyasi, iqtisadi, mədəni məkandır. Xüsusilə Azərbaycanın Qarabağ müharibəsindəki qələbədən sonra Cənubi Qafqazla Mərkəzi Asiya arasındakı inkişaf tendensiyaları yeni mərhələyə qədəm qoyub.
Bundan başqa, Azərbaycan Zəngəzur dəhlizi layihəsinin də reallaşmasında hədsiz maraqlıdır. Bu dəhliz türk dünyasının siyasi-iqtisadi birləşməsi üçün böyük bir dəyərə çevrilir.
Qeyd edək ki, Mərkəzi Asiya ölkələri və Azərbaycanda siyasi sabitlik hökm sürür. Bu cəhətdən digər regionlardan müsbət mənada fərqlənirik.
Halbuki Azərbaycan və Mərkəzi Asiya dövlətləri son 30 ildə çox çətin dövrlərdən keçiblər. İndi isə müstəqildirlər.
Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanı Türk Dövlətləri Təşkilatı da birləşdirir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri ikitərəfli, çoxtərəfli əməkdaşlığa səsləyir.
Çoxtərəfli əməkdaşlığın içərisində Türk Dövlətləri Təşkilatının özünəməxsus yeri var.
Çoxtərəfli əməkdaşlığı təşviq edən Azərbaycan Prezidenti İlham Əliyevdir.
Son dövrlər qarşılıqlı səfərlərin artması bunun bariz nümunəsidir.
Belə səfərlər Türk dünyası əlaqələrinin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Bakıda keçiriləcək sammit həmin strateji əlaqələrin formalaşması üçün vacibdir.
oxu.az
Aqil Vəlili
Paylaş: