Xəbər lenti


Rusiyanın “Kommersant” qəzeti ölkənin Xarisi İşlər naziri Sergey Lavrovun Antalya Diplomatik Forumunda Ermənistanla bağlı səsləndirdiyi fikirləri geniş şərh edib. Ermənistan əleyhinə olduqca kəskin fikirlərin yer aldığı yazını Ovqat.com oxucularına təqdim edirik.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ermənistan münasibətlərinin çökdüyünü vurğulayaraq, ilk dəfə xəbərdarlıq edib ki, Moskva “çox şeyə yenidən baxa” və İrəvanın “Rusiyanın düşmənləri” ilə dostluğuna cavab olaraq “praktik addımlar” ata bilər. Sergey Lavrov Moskvadan uzaqlaşan müttəfiqini yekun seçim etməyə çağırsa da, Ermənistan rəhbərliyinin bəyanatları bu seçimin artıq edildiyini göstərir. İrəvan SSRİ-nin dağılmasından sonra Moskvanın lehinə seçim etməsini “strateji səhv” adlandırır və təhlükəsizliyinin yeni qarantı və aparıcı tərəfdaşı olaraq Rusiyaya deyil, Qərbə üz tutmağa qərar verib.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunun sonunda keçirilən mətbuat konfransında Rusiya-Ermənistan münasibətlərində daha əvvəl Moskva rəsmilərinin müzakirə etməməyə üstünlük verdiyi yeni reallıqların meydana gəldiyini bildirib.

 

Forum iştirakçılardan biri də Türkiyənin xarici işlər naziri Hakan Fidan və Böyük Britaniyanın xarici işlər nazirinin müavini Leo Doçerti ilə görüşən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan olub. Öz növbəsində ənənəvi olaraq həm Ermənistan, həm də Azərbaycan nümayəndələri ilə ünsiyyətdə olan Sergey Lavrov bu dəfə yalnız Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.

 

Ararat Mirzoyanla münasibətlərdə artan gərginliyi azalda biləcək görüş nəzərdə tutulmayıb. Nəticədə Rusiya və Ermənistanın xarici işlər nazirləri tam üç gün Antalya Diplomatik Forumunda vaxt keçirsələr də, üzbəüz danışıqlar aparmayıblar. Yekun mətbuat konfransında Sergey Lavrov İrəvanla münasibətləri ətraflı dəyərləndirib. Rusiyanın ali rəhbərliyinin nümayəndəsinin ağzından Ermənistanla bağlı bir sıra məqamlar ilk dəfə səsləndirilib.

 

"1991-ci ildən bəri Ermənistanın Rusiya ilə münasibətlərdə hər şeydə səhv kurs tutduğunu söyləmək, yumşaq desək, siyasi cəsarət tələb edir", - Sergey Lavrov bildirib. O, qeyd edib ki, İrəvanın hazırkı kursu davam etdirməsi Moskvanı “Rusiya-Ermənistan münasibətlərində çox şeyə yenidən baxmağa” vadar edə bilər: “Ermənistan rəhbərliyinin ağzından hər gün eşidilən bu bəyanatlar bizi reallıqda nələrin baş verdiyi və praktiki addımlarımızda bunu necə nəzərə alacağımız barədə düşünməyə vadar edir”.

 

Lavrov həmçinin bildirib ki, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri və ümumi regionumuzda yaradılmış inteqrasiya strukturlarını kəsərsə, İrəvana bütün çətinliklərində kömək edəcəyini vəd edən regiondankənar ölkələrə arxalanmaq qərarına gəlib.

 

Ermənistan hesab edir ki, onlar öz həyatlarını tarixən ən yaxın qonşular və xalqlarlar deyil, dostlarına qarşı olanlarla əməkdaşlıq qurmalıdır”, - deyən Sergey Lavrov Ermənistan rəhbərliyinə çağırış edərək bildirib ki, son seçimi etmək zamanıdır– Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) “dondurulmuş üzvlük” və Avrasiya İqtisadi İttifaqında iştirak statusu ilə qərar vermək, onlar üçün hələ də maraqlıdır, yoxsa yox. Lavrov xatırladıb ki, Moskva ilə münasibətlərin ən problemli ilində Ermənistan istehza ilə Aİİ-yə sədrlik edib.

 

“Bu, ortaya çıxan çox cəlbedici bir şəkil deyil. Biz çox istərdik ki, erməni həmkarlarımız, erməni tərəfdaşlarımız necə yaşamağa davam etmək istədiklərinə və bizi müxtəlif inteqrasiya strukturlarında bağlayan razılaşmaları qarşılıqlı əsasda necə həyata keçirmək istədiklərinə özləri qərar versinlər”, - Rusiya diplomatiyasının rəhbəri fikrini yekunlaşdırıb.

 

Əgər Sergey Lavrov yalnız atılacaq addımların nəticələri barədə xəbərdarlıq edərək İrəvanı yekun seçim etməyə çağırırsa, deməli, Ermənistan tərəfi artıq yeni inkişaf və təhlükəsizlik strategiyasının seçimi ilə bağlı qərar verib və orada Rusiya üçün yer yoxdur.

 

“Kommersant” xatırladıb ki, Rusiyalı nazirin Antalyadakı çıxışından bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın SSRİ-nin dağılmasından dərhal sonra yaranmış Rusiyadan güclü asılılığını “strateji səhv” adlandırıb.

 

Bütün sahələrdə - siyasi, iqtisadi, hərbi-siyasi, elmi - Ermənistan Rusiyadan çox asılı idi və bu, bizim ümumi təhlükəsizliyimizin tərkib hissəsi idi. 2020-ci ildə bu sistemin işləmədiyini görəndə təhlükəsizliyi təmin etmək üçün alternativlər tapmaq üçün addımlar atmağa başladıq”, - deyə Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

 

Qriqoryanın sözlərinə görə, təhlükəsizlik sistemi “həm ikitərəfli, həm Ermənistan-Rusiya formatında, həm də KTMT çərçivəsində çoxtərəfli qaydada işləməyib” və Rusiyanın Ermənistana kömək etməmək qərarına gəlməsindən sonra bu sistem tamamilə dağılıb.

 

Moskva ilə İrəvan arasında müttəfiqlik münasibətlərinin əsas istiqamətlərindən birinə - hərbi-texniki əməkdaşlığa toxunan cənab Qriqoryan onun ikinci Qarabağ müharibəsindən sonra ümumiyyətlə iflasa uğradığını bəyan edib.

 

2020-ci ilə olan məlumata görə, Ermənistanda bütün hərbi-texniki əməkdaşlığın 96%-i Rusiya ilə olub. 2021-ci ilin yanvarından Ermənistan müxtəlif ölkələrlə bir neçə milyard dollarlıq müqavilələr bağlayıb. Bu müqavilələrlə Rusiya ilə hərbi-texniki əməkdaşlıq 96%-dən 10%-ə qədər azalıb”, - deyə Armen Qriqoryan davam edib və əlavə edib ki, bu, “Rusiyanın seçimi”dir.

 

İrəvan Parisi ölkənin təhlükəsizliyinin təmin edilməsində əsas tərəfdaş adlandırır. “Fransa təhlükəsizlik sektorunda açardır. Fransa bizi birinci dərəcəli silahlarla təmin edir, başa düşdüyünüz kimi, bu məsələ susqunluğu sevir və biz aldığımız hər şeyi bəyan edə bilmərik”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri vurğulayıb.

 

O, “Rusiya Ermənistana sərmayə qoymamaq qərarına gəlib” deyərək investisiya əməkdaşlığını da nəzərdən qaçırmayıb və xatırladıb ki, Rusiya ötən il BƏƏ və kiçik Lüksemburqdan sonra üçüncü yerdə qərarlaşıb.

 

"2023-cü ilin ilk doqquz ayında Ermənistanda aparıcı investor Birləşmiş Ərəb Əmirlikləri olub - təxminən 250 milyon dollar, Lüksemburq ikinci, Rusiya isə 50 milyon dollardan az investisiya ilə üçüncü sırada qərarlaşıb. Bu proseslər Rusiyanın öz seçiminin nəticəsidir", - Armen Qriqoryan ittihamlarını davam etdirib.

 

Ötən həftənin sonunda Ermənistan parlamentinin sədri Alen Simonyan daha bir səs-küylü bəyanatla çıxış edərək, Moskvanın Ermənistanı Rusiya və Belarus İttifaq Dövlətinə qoşulmağa məcbur etməyə çalışdıqlarını bildirib. Cənab Simonyanın sözlərinə görə, bu plan 2021-ci ildə baş nazir Paşinyan başda olmaqla ölkə rəhbərliyinin hakimiyyətdə qalması ilə nəticələnən parlament seçkiləri zamanı pozulub. "2021-ci ildə erməni xalqı geosiyasi məsələni həll etdi və öz seçimi ilə böyük geosiyasi planı pozdu", - Ermənistan parlamentinin spikeri deyib. İrəvana İttifaq Dövlətinə qoşulmaq üçün pərdəarxası təkliflərin olub-olmaması ilə bağlı suala cavab olaraq o, təfərrüatlara varmaq istəmədiyini qeyd edib. “Mən bu haqda danışmaq istəmirəm, çünki onlar bunu müxtəlif yerlərdən təkzib etməyə başlayacaqlar. Amma hərəkətləri müqayisə edəndə bu aydın görünür. Hər halda, bu, mənə aydındır”, - deyə sualı cavablandırıb.

 

Rusiya-Ermənistan münasibətlərinin pisləşməsinin simvolik fonunda fevralın ortalarında rusiyalı istehlakçılar arasında məşhur olan “Jermuk” mineral suyu ətrafında qalmaqal yaranıb. Hadisə Vladiqafqazda baş verib, burada bir sakin içərisinə su əvəzinə sirkə doldurulan Jermuk suyu etiketli şüşədən bir qurtum aldıqdan sonra yemək borusunu ölümcül şəkildə yandırıb.

 

Hadisə ilə bağlı cinayət işi açılıb və Rospotrebnadzor təhlükəsizlik sınaqları üçün Jermuk suyunun müəyyən partiyalarının satışının dayandırıldığını elan edib.

 

Tərcümə etdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 337          Tarix: 4-03-2024, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma