Xəbər lenti

  

İngiltərənin Somerset bölgəsində tapılan oyma sümüklər 15 min il əvvəl yaşayan insanlarla bağlı yeni sübutlar ortaya qoyub.

Kult.az xəbər verir ki, Çeddar Corc vadisində yerləşən Qouc mağarasından tapılan sümüklər alimlər tərəfindən analiz edilib. 1980-ci illərdə tapılan 3 yaşlı uşağa, 2 yeniyetməyə və azı 2 yetkinə aid olduğu müəyyənləşən sümüklərin araşdırılması zamanı fərdlərin hannibalizmin qurbanı olduqları müəyyənləşib.

Alimlər sümüklər üzərindəki dekorativ ziq-zaq kəsiklərin qəsdən edildiyi, bunun simvolik mənası olduğu, yaxud hannibalizm ayininin önəmli bir hissəsi olduğu fikrinə gəliblər.

İngiltərədəki Tarix Muzeyindən Kris Stringer isə insanların ac olduğu üçün bir-birlərini yedikləri fikrini irəli sürüb. "Bəlkə də həqiqətən ac olduqları üçün bir-birlərini yeyirdilər. Bəlkə də düşmənlərini yeyərlərsə, cəsarətlərinin onlara keçəcəyinə inanıblar", - o bildirib.

Qeyd edək ki, "PLOS 1" jurnalında yayımlanan fotolar paleolit dövründə adamyeyənliyin ilk həqiqi sübutu sayılır.




Ana səhifəyə qayıt        Baxış: 1 959          Tarix: 12-08-2017, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma