Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, arxeoloqlar Meksikanın paytaxtı Mexikonun mərkəzində asteklərin qədim məbədini və insanların qurban kəsilən meydanını üzə çıxarıblar.
Tikilidən Kesalkoatl adlı tanrının heykəli, pilləkən və tribunanın bir hissəsi qalıb. Məbəd dəyirmi formada olub, hündürlüyü isə 4 metrə çatıb.
Qazıntılar zamanı tapılan insan sümüklərinin boyun hissəsində kəsiklər olması və ya kəllə sümüklərinin ayrıca tapılması bu insanların qurban kəsildiyinə dəlalət edir. Qurban kəsilənlər isə əsirlər və ya top oyununda uduzan asketlərin olduğu güman edilir. Amma bu oyun dini ayin sayılmırdı, onu əyləncə və kişilik göstəricisi olaraq oynayırdılar. Qurbankəsmə isə tanrının şərəfinə icra edilirdi.
Tapılan məbəd və qurbangah 1521-ci ildə ispan konkistadorlarının xaraba qoyduğu Tenoçtitlan şəhərində yerləşirmiş.
Paylaş: