Xəbər lenti

 

Hər birimiz müxtəlif xarakterli olsaq da, hamı ilə dil tapmaq mümkündür. Bunun üçün hər bir zodiak işarəsini qəzəbləndirən səbəbləri öyrənmək kifayətdir.

Ovqat.com publika.az-a istinadən  bu dəfə oxucular üçün bürclərin ən çox nələrə nifrət etdiyi məqamları araşdırıb. 

Qoç 

Qoçlardan hər hansı bir məsələ barədə xahiş etdikdə dərhal özündən çıxırlar. Bu, onları lap dəli eləyir, çünki Qoçlar hər dəqiqəni və maraqlarını qiymətləndirirlər. Bu bürcün nümayəndələri sırtıq insanlara qarşı dözümlü deyil. Əgər siz Qoçlara israr etməkdə davam etsəniz, ən yaxşı halda söyüş qasırğasına hazırlıqlı olun.

Buğa

Əgər nə vaxtsa, haradasa "Bəsdir, ürəyimi üzdün" ifadəsini eşitsəniz, əmin olun ki, o sözlərin sahibi Buğalardır. Bu bürcün nümayəndələri ətrafında dayanmadan vurnuxan adam gördükdə, onları tələsdirdirdikdə, yaxud da yersiz göstəriş və məsləhətlərlə onları bezdirdikdə əsəbiləşməyə başlayır. Buğanın xətrinə dəymək istəmirsinizsə, onda ona nəyi, necə etməli olduğunu göstərmək lazım deyil.

Əkizlər

Ah, bu Əkizlər... Bu bürcün nümayəndələri yaxşı aktyordur, onlar gecə-gündüz diqqət mərkəzində olmaqdan ötrü dəridən-qabqdan çıxır. Əkizlər onların yerini tutan istənilən adamı öldürməyə hazırdır. Bu bürcün nümayəndələri hər şeydən çox onların mimika, jest və digər davranışlarını yamsılayan insanlara nifrət edir. 

Xərçəng

Xərçəng bürcləri səmimiliyi ilə başqalarından dərhal seçilir, münasibətlərdə isə dürüstlüyə böyük önəm verir. Əgər siz onunla bütün əlaqələri kəsmək və ya sizə nifrət etməsini istəyirsinizsə, onda verdiyiniz sözlərin heç birini yerinə yetirməyin. Məsələn, görüşə əgər saat 18:00-da gələcəyinizi söz vermisinizsə, gecikin.

Şir 

Səbəbi bilinməsə də, əksər şirlər öz qonşularına nifrət edir. Şir bürcündən olan qadınların küçədə yoldan keçənlərə söz atan kişilərdən zəhləsi gedir. Bu bürcün nümayəndələri sədaqətinə və səmimiyyətinə şübhə etdiyi istənilən adamı cəzalandıra bilər. Və onlara heç vaxt kobud cavab verməyin, yoxsa özünüz haqqında çox maraqlı xəbərlər öyrənə bilərsiniz...

Qız

Qızlar çirkli saçlara, çirkli ayaqqabıya, natəmiz mənzil və s. bu kimi halara nifrət edir. Onlar da yalanı sevmir və qeyri-səmimiliyin hər hansı formasına dözə bilmirlər. Bu insanları axmaqlıq və eqoizm, eləcə də onların sembiyozu (səhvləri ilə yaşamağa vərdiş etmək mənasını verir) cinləndirir.

Tərəzilər

Tərəzilər darıxmaq hissinə nifrət edir. Monoton həyat tərzi, ətalət Tərəzilərin ən qorxulu düşmənidir. Bir də Tərəzi bürcləri nəinki özləri ilə, həm də ümumiyyətlə, başqaları arasında gedən mübahisələrdə iştirak etməyi qətiyyən xoşlamır. Bu bürcün nümayəndələri xəsis adamlara qarşı da dözümlü deyil. Romantik Tərəzilər ucuz hədiyyələrdən də inciyirlər. Özü də məsələ pulda deyil, onlar üçün hədiyyənin orijinal olması çox mühümdir.

Əqrəb

Əqrəblərin işləri düz gətirməyibsə, onların qarşısına çıxan istənilən adam nifrət obyektinə çevrilir. Qəzəbli Əqrəblər bu halda özündən başqa hər kəsi günahkar çıxarda bilər. Ümumiyyətlə, intiqam məsələsində onların rəqibi yoxdur. Bir də Əqrəblər nədənsə həkimlərə dözə bilmir və bu sirri münəccimlər indiyədək aça bilməyib.

Oxatan

Oxatanlar hər hansı ciddi problemlərdən daha çox, mağazalarda növbədə dayanmaqdan nifrət edirlər. Məsələ ondadır ki, hədsiz dəqiqlik onların özündən çıxarır. Onu da qeyd etmək lazımdır ki, bu bürcün nümayəndələrini axmaq suallar və sünilik də tez əsəbiləşdirir. 

Oğlaq

Oğlaqlar şikayət edən insanları görəndə hirslənirlər, bir də ictimai yerlərdə öpüşən cütlükləri müşahidə etmək onlar cinləndirir. Onlar tənbəl insanları heç cür başa düşmürlər, buna görə də onlara heç vaxt hər hansı işi yerinə yetirmək istəmədyinizi deməyin. Əks halda, qəzəb alovunu üstünüzə püskürə bilərlər.

Dolça

Dolçalar "Axşamınız xeyir" üslubunda salamlaşmalara, melodram filmlərinə, ev heyvanlarına dözə bilmir və xəyanəti bağışılamırlar. Əgər həyatlarında monotonluq hökm sürürsə, onda Dolçalar onları bu cür yaşamağa vadar edən hər kəsə lənət oxuyucaq. Onlar həm də prinsipial olaraq borc verməyi xoşlamır.

Balıq

Balıq bürclərinin ən çox nifrət etdiyi məqam qarşılıqsız məhəbbətdir. Onlar riyaziyyatı, fizikanı və kimya fənnini xoşlamır.




Ana səhifəyə qayıt        Baxış: 1 217          Tarix: 15-05-2017, 00:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma