Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Son zamanlar qız qaçırma, erkən nigah, boşanma hallarının çoxalması kimi problemləri nəzərə alaraq Moderator.az “Qadın taleyi” rubrikasına uzun bir fasilədən sonra yenidən davam edir. Qeyd edək ki, müsahiblərimizin adlarını bəzi səbəblərdən şərti olaraq təqdim edəcəyik.
Bu dəfə isə sizə azərbaycanlı oğlanla evləndikdən sonra başı bəlalar çəkən belaruslu qızın həyatından bəhs edəcəyik. Yekatirina 21 yaşında ailə həyatı qurduqdan sonra hətta Bakıda da kirayədə yaşayıb. O, olanları əməkdaşımıza belə nəql edib:
“İlqarla restoranda tanış olduq. Onda mən ofisiant işləyirdim və İlqar isə ən yaxşı müştərilərimizdən biri idi. Beləcə münasibətimiz yarandı və biz görüşməyə başladıq. Bir müddət sora isə ailəsindən gizli evləndik. Onun ailəsi Azərbaycandan Minskə köçmüşdü. Ata və anası bazarda alver edirdi. Bizim münasibətimizin üstü açılandan sonra başıma gəlməyən qalmadı”.
“İlqar məndən ayrılmadığı üçün onu Azərbaycana deportasiya etdirdi...”
“İlqarın çox həyasız bir bibisi var idi və o, çalışırdı ki, qızını İlqara versin. Ona görə də bizə həmişə problem yaradırdı. Elə oldu ki, İlqar məndən ayrılmadığı üçün onu Azərbaycana deportasiya etdirdi. Artıq bir qızımız dünyaya gəlmişdi və mən belə vəziyyətdə necə yaşayacağımı bilmirdim. İlqar Azərbaycana gedəndən sonra mən də atamgildə yaşamağa başladım. Bir müddət sonra İlqar Bakıda kirayə ev tutub məni də yanına çağırdı. Onu çox sevirdim və hətta dünyanın o başına da gedərdim”.
“Bu iki ildə yaxşı da, pis də günümüz oldu...”
“İlqar Minskdə alver etsə də Bakıda restoranda ofisiant işləməyə başladı. Onda elə restorana yaxın olan məhlədə ev kirayə tutmuşduq. İki il müddətindən deportasiya olunduğu üçün məcbur idik ki, bu illəri Bakıda yola verək. İlqarın burda çox yaxşı iş yoldaşı var idi, o, həmişə bizimlə maralanırdı, köməklik edirdi. Nəsə bir problemimiz də olanda ona deyirdik. Bu iki ildə yaxşı da, pis də günümüz oldu”.
“Hansı ki, ona görə bütün əzablara qatlaşdım...”
“Sonra isə biz Minskə qayıtdıq. Bu dəfə İlqar mənim yox, valideynlərinin sözünü tutdu və məndən ayrıldı. Onun bu hərəkətinə inana bilmədim. Hansı ki, ona görə bütün əzablara qatlaşdım. O, elə deyildiyi qızla da ailə qurdu və mən isə başqa bir adamla münasibət qurdum. Beləcə yollarımız ayrıldı. Bir çox hallarda boşanmalara səbəb kimi biz qadınları qınayırlar, amma burda kişilərin də günahı var. İndi qızım artıq məktəbə gedir. Hərdən atası ona baş çəkirdi, amma getdikcə hiss edirəm ki, uşağı da görmək istəmir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar