Xəbər lenti

 

Aralıq dənizində batmış gəmidə yüzdən artıq qədim keramik səhəng tapılıb.

“Daily Mail” xəbər verir ki, 10 metr uzunluğu və 5 metr eni olan gəmini yerli əhali aşkar edib.

Malyorka adası yaxınlığında tapılan gəmi təxminən 1700 il bundan qabaq Roma imperiyası vaxtında batıb. O ada ilə qitə arasında nəqliyyat daşımalarında iştirak edib.

Maraqlısı odur ki, gəmi ilə naql olunan səhənglər demək olar ki zədələnməyib. Üzərlərindəki yazıları oxuyan alimlər onların içində nə vaxtsa zeytun yağı, çaxır və balıq sousunun saxlanıldığı qənaətinə gəliblər.




Ana səhifəyə qayıt        Baxış: 363          Tarix: 1-10-2019, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma