Ağcabədi rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Gələbədini kəndindən keçən hissəində qeydə alınıb.
Kənd sakinləri Ələsgər Ələsgərov və Allahyar Həsənov sürünü avtomobil yolundan qarşı tərəfə keçirmək istiyərkən yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı minik avtomobili qoyun sürüsünə girib. Nəticədə 10-dan çox xırdabuynuzlu tələf olub, 11-i isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.