Bu gün müstəqilliyimizin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin əldə edilməsində, müstəqillik ideyasının yayılmasında medianın rolu nə dərəcədə əhəmiyyətli olub?
Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev medianın bu məsələdəki rolunun həlledici olduğuna diqqət çəkdi:
“Elə dünən bizim istiqllaçı deputatlarla bu barədə söhbətimiz oldu. Ümumi rəy bundan ibarət oldu ki, müstəqilliyin əldə edilməsində medianın rolu həlledici idi. Bu, elə bir dövr idi ki, nəinki SSRİ-dən çıxmaq, ümumiyyətlə, Azərbaycanın müstəqilliyi fikrinin özü ilk vaxtlar cəmiyyət üçün ağlasığmaz bir şey idi. Sonradan müstəqilliyimizin elan edilməsi ilə bağlı 43 deputat önə düşsə də, medianın, jurnalistlərin bu məsələdə rolu böyük oldu. Çünki media olmasaydı, onlar bu gücü ala, buna nail ola bilməzdilər. Azərbaycanın həmin dövrdəki mediası, müstəqilliyimizin bərpasında öncül rol oynadı. Bu ideyanın kütlələrə çatdırılmasında, daha sonra isə kütlənin özünün aparıcı qüvvəyə çevrilməsində həlledici rol oynadı”.
Paylaş: