Xəbər lenti

 

Ukraynanın “Müxalif platforma – Həyat üçün” partiyasının deputatı İlya Kiva ona sualla müraciət edən yoldan keçən şəxsə hədə-qorxu gəlib.
 

Millət vəkili avtomobilinə əyləşərkən bir nəfər vətəndaş ona “Xalqdan gizlənməyə çalışmırsınız?” deyə müraciət edib. Kiva həmi şəxsə “Sən axmaqsan? İndi başını üzəcəm” cavabını verib.

Deputat daha sonra açıqlamasında heç bir qanunu pozmadığını, ona qarşı hazırlanmış təxribata cavab verdiyini deyib:

“Mən bundan sonra da öz şərəf və ləyaqətimi, o cümlədən ailəmi hər cür vasitələrlə müdafiə edəcəyəm. Əgər qanunu pozacağamsa, hər zaman hərəkətlərimə görə cavab verməyə hazıram”. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 298          Tarix: 5-11-2019, 00:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma