Ukraynanın daxili işlər naziri, Arsen Avakovun məsləhətçisi, Sosialist Partiyasının lideri İlya Kiva “qırmızı terror” təşkil edəcəyinə söz verib.
Publika.az “RİA-Novosti” agentliyinə siyasətçi bu haqda “Feysbuk” səhifəsində yazıb.
Kiva vurğulayıb ki, onun rəhbərliyi altında olan partiya Ukrayna oliqarxlarının məhv edilməsi üçün effektiv silah olacaq.
“Oliqarxlara qırmızı terror!” - Kivanın statusunda deyilir.
Məsləhətçi statusuna video əlavə edib. O videoda hədəfləri tapança ilə güllələyirdi.
Ötən ilin sonunda İlya Kiva bildirib ki, Avakov prezident kreslosunu ona verməyə söz verib.
Qeyd edək ki, milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.
Ukrayna prezidenti Pyotr Poroşenkonun lideri olduğu “Pyotr Poroşenkonun Bloku” fraksiyasından Ali Radanın deputatı Sergey Leşenko ötən ay şok ittihamla çıxış edib. Deputat ZIK telekenalının efirində Avakovu dövlət çevrilişinə hazırlıqda günahlandırıb.
“Arsen Avakovun komandası istənilən ssenarilərə, həmçinin hakimiyyətin güc yolu ilə tutulmasına hazırlaşır. Daxili işlər nazirinin özü baş nazir olmağa hazırlaşır. Axı sirr deyil ki, Avakovun icazəsi olmadan hökumət qərar qəbul etmir”, - Leşenko bildirib.
Bu, Avakova qarşı səsləndirilən analoji ilk ittiham deyil.
Paylaş: