Xəbər lenti

 

Sanksiyalara rəğmən Rusiyanın qlobal silah bazarında mövqeyi güclənir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, Rusiyanın silah ixracına beynəlxalq sərgilərin böyük təsir göstərdiyini bildirib:

“Rusiyanın qlobal silah bazarında mövqeyi güclənir. Bu uğur sanksiya rejiminin güclənməsi və ədalətsiz rəqabətə rəğmən əldə edilir”.

Putin deyib ki, Rusiya ilin əvvəlindən xarici sifarişçilərə 13 milyard dollarlıq silah göndərib.

Rusiya lideri bu göstəricinin keçən ilin eyni dövrü ilə müqayisədə 2 milyard dollar çox olduğunu qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 16-12-2019, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma