Xəbər lenti

 

Avstraliya polisi 39 il əvvəl Sidney şəhərindəki türk baş konsulu Şarık Arıyak və attaşe Əngin Sevərin erməni ASALA terror təşkilatı tərəfindən qətlə yetirilməsinə dair dosyenin yenidən açıldığını elan edib.

Teleqraf.com xəbər verir ki, türk diplomatların qatil və ya qatillərini ələ verəcək məlumatı gətirənlərə Avstraliya hökuməti tərəfindən 1 milyon dollar pul mükafatı veriləcək.

Məlumatda Arıyak və Sevərin həyartını itirdiyi hücumun Avstraliya tarixində ilk terror aktı olduğu bildirilib.

Avtsraliyanın Cənubi Uels ştatının polis idarəsinin rəis müavini Mark Ualton ASALA-nın törətdiyi cinayətin ifşa olunması üçün xüsusi heyətin qurulduğunu açıqlayıb:

“Sarık Arıyak və Əngin Sevər sui-qəsdi Avstraliyada baş verən ilk siyasi cinayətdir. Hələ bu sui-qəsdin planlaşdırılması və həyata keçirilməsi haqda, bu cinayəti işləyən şəxslərin kimliyindən məlumatlı olan insanların olduğunu düşünürük”.

İstintaq Sidneydə Terrorizmlə Mübarizə İdarəsi tərəfindən aparılacaq.

Arıyak və Sevər 1980-ci il dekabrın 17-də səhər saatlarında işə gedərkən yaşadıqları evlərin qarşısında ASALA tərəfindən qətlə yetirilib.




Ana səhifəyə qayıt        Baxış: 364          Tarix: 18-12-2019, 09:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma