Xəbər lenti
Dünən, 19:25

 

Xəbər verdiyimiz kimi, yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirlən mərasimdə Prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə yeni gəmiyə akademikin adının verilməsi ilə bağlı göstəriş verib.

Axar.az xəbər verir ki, daha sonra ölkə başçısının sərəncamı ilə hazırda Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerin X.Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.

Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 403          Tarix: 16-01-2020, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma