Xəbər lenti

 

16 ölkə İraq hökumətinə ortaq çağırış ünvanlayıb.

Axar.az xəbər verir ki, ABŞ, Almaniya, Çexiya, Finlandiya, Fransa, Xorvatiya, Hollandiya, İngiltərə, İspaniya, İsveç, İtaliya, Kanada, Macarıstan, Norveç, Polşa və Rumıniya İraqdakı etiraz aksiyaları zamanı nümayişçilərə güc tətbiqini qınayıb və günahkarların istintaqa cəlb edilməsi çağırışını edib.

"İraq təhlükəsizlik qüvvələrinin 24 yanvar tarixindən bəri Bağdad, Bəsrə və digər əyalətlərində dinc nümayişçilərə müdaxiləsinə, həddindən artıq güc tətbiq edərək ölümlə nəticələnməsinə yol verilməsinə etiraz edirik", - ortaq bəyanatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 346          Tarix: 28-01-2020, 08:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma