Xəbər lenti

 

Fransanın ultrasağçı Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen öz fəaliyyətini vətəndaşlardan borc alaraq həyata keçirmək niyyətindədir.

Axar.az xəbər verir ki, partiya artıq bunun üçün maliyyə vəsaitinin toplanılmasına başladığını bildirib.

Yeni vəsaitin toplanmasının Rusiyanın Le Pendən borcunu istəməsiylə bağlı olmadığı vurğulanıb.

Qeyd edək ki, bundan öncə Le Pen Birinci Çexiya-Rusiya Bankından 9 milyon avro kredit götürüb. 2016-cı ildə bankın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilib. Bundan sonra Le Penin borcu ilə bağlı lisenziya “Avtozapçast” şirkətinə verilib, kompaniya isə əvəzində Le Peni Moskva Arbitraj Məhkəməsinə verib.




Ana səhifəyə qayıt        Baxış: 576          Tarix: 9-02-2020, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma