Xəbər lenti

 

Kikboks üzrə 3 qat dünya çempionu Fuad Zeynalov ürəyindən əməliyyat olunub.

Ovvqat.com musavat.com-a istinadən bildirir ki, xəstəxanadan fotosunu paylaşan idmançı bu haqda sosial şəbəkədə məlumat yayıb: "Bu həyatda idmanın sayəsində çox şeylər qazandım: ad-san, əzmkarlıq, güc, çempionluq hissi, özünə güvən, iradə, yaxşı bədən forması, pul kənardan diqqət və qayğı və s. Amma sağlamlığımın bir hissəsini itirdim. Nə isə qazanmaq üçün nə isə qurban verirsən. Bu günü də belə yola verdik. Bu günümüzə də şükür".

Qeyd edək ki, onun ürəyindən əməliyyat olunduğunu isə müğənni Vüqar Muradov öz səhifəsində yazıb.

 




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 16-06-2017, 00:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma