Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Xain xislətli bir toplum yalnız Qaregin Njde kimi şərəfsiz “qəhrəman”a sahib ola bilər...
Hər bir millət öz gen yaddaşına, milli-mənəvi dəyərlərinə uyğun qəhrəmanlar yetişdirir. Gen yaddaşı bəşəri dəyərlərlə yüklənmiş xalqların, millətlərin yetişdirdiyi qəhrəmanlar dünyaca ünlü olurlar, bütün dünya onların xatirəsini həminə uca tutur.Ancaq gen yaddaşı xainliklə, terrorçuluqla, qəddarlıqla və s. yüklənmiş toplumlar da yalnız manyak xislətli terrorçu yetişdirib, ona səcdə edirlər. Və belə “qəhrəmanlar” həmişə lənətlə xatırlanırlar.
Qısacası, hər millətin yetişdirdiyi qəhrəman məhz həmin toplumun milli-mənəvi xarakteristikasını ifadə edir. Və həmin toplumun daxili ruh halı ilə bağlı təsəvvür yaradır.
Ermənilərin də elə öz xislətlərinə layiq “qəhrəman”ları var. Əgər, bir toplumun “milli qəhrəmanı” məhz Qaregin Njde kimi bir xain və manyakdırsa, onun haqqında daha başqa xarakterik xüsusiyyətlər axtarmağa ehtiyac qalmır.
Garegin Njdenin “xatirə”sində elə dəhşətli və qeyri-insanı məqamlar var ki, belə “qəhrəman”ı olan toplumun ona “səcdə” etdikdən sonra bir daha başını qaldıra bilməsi, yəqin ki, arsızlığın nəticəsi olmalıdır... |
Ermənistan paytaxtı İrəvanın mərkəzində bu xain və manyaka heykəl də ucaldıblar. Hər il qarşısında baş əyib edib, “xatirə”sini yad edirlər.
Ermənilərin Qaregin Njdeyə baş əymələrində, əslində, elə bir ciddi problem yoxdur. Sadəcə, başlarını əydikdən sonra qafalarını yenidən necə qaldıra bilirlər, bax, bu, heyrət doğurur.
Çünki Garegin Njdenin “xatirə”sində elə dəhşətli və qeyri-insanı məqamlar var ki, belə “qəhrəman”ı olan toplumun ona “səcdə” etdikdən sonra bir daha başını qaldıra bilməsi, yəqin ki, arsızlığın nəticəsi olmalıdır. Normalda isə Q.Njdeni kimi bir cinayətkarı “öz qəhrəmanı” elan edən toplumun əbədiyyən başıaşağı qalması lazımdır.
Amma ermənilər o qədər arsız bir toplumdur ki, nəinki başlarını qaldıra bilirlər, hətta özlərinə əkiz qardaş hesab etdikləri bolqarları da Q.Njdenin iyrənc “xatirə”sinə ortaq etməyi bacarıblar. Belə ki, Bolqarıstan Müdafiə Nazirliyinin hərbi kanalı Q.Njde haqqında film çəkib.
Bu cinayətkar - Qaregin Njde saysız-hesabsız sovet hərbi əsirlərinə işgəncə verilməsində, onların müxtəlif qeyri-insani metodlarla qətlə yetirilməsində birbaşa iştirak edib... |
Əlbəttə, Bolqarıstan Müdafiə Nazirliyinin bu xain qatilin “xatirəsini əbədiləşdirməsi” səbəbsiz deyil. Belə ki, bolqarlar tarixən türk düşmənliyi məsələsində ermənilərin “əkiz qardaşı” rolunda çıxış ediblər. İndi Q.Njdeyə film həsr olunması da məhz həmin türk düşmənçiliyindən qaynaqlanan “ruh qardaşlığı” ilə bağlıdır.
Ancaq Bolqarıstanın rəsmi dairələri Q.Njde kimi bəşəri cinayətkara filmə çəkilməsinin məntiqini beynəlxalq məkanda necə izah edəcəklər? Bax, bu sualın cavabı olduqca maraqlıdır.
Məsələ ondadır ki, bu cinayətkar yalnız türklərə qarşı vuruşmayıb, Q.Njde həm də Hitler Almaniyasına nökərçilik edib. Saysız-hesabsız sovet hərbi əsirlərinə işgəncə verilməsində, onların müxtəlif qeyri-insani metodlarla qətlə yetirilməsində birbaşa iştirak edib.
Hətta iki il öncə rəsmi İrəvan Q.Njdeyə heykəl ucaltdığında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Ermənistan siyasi dairələri tərəfindən Vermaxtın “Erməni legionu”nun təşkilatçısı ilə bağlı belə qəribə addımın atılmasından heyrətləndiklərini bəyanladı. Və həmin bəyanat Rusiyanın bu məsələdən məmnun qalmadığı, Q.Njdeni faşist nökəri olan bir cinayətkar hesab etdiyi anlamına gəlirdi.
1934-cü ildə “qəlbinin səsinə qulaq asan” Qaregin Njde Adolf Hitlerin nökərçiliyini qəbul edib. Faşist Almaniyasına qeyd-şərtsiz və saysız-hesabsız xidmətlər göstərib... |
Təbii ki, Kreml bu mövqeyində tamamilə haqlıdır. Belə ki, Rusiya arxivlərində Q.Njdenin hərbi cinayətləri haqqında istənilən qədər material mövcuddur.
Məsələn, Q.Njde və onun cinayətkar dəstəsi 1920-ci ildə Cənibi Qafqazda 18 min günahsız insanın güllələnməsini təşkil edib. Və öz quldur dəstəsi ilə əvvəlcə dağlıq ərazidə gizlənib, sonrasa İran üzərindən Avropaya qaçıb.
1934-cü ildəsə, “qəlbinin səsinə qulaq asan” Q.Njde Adolf Hitlerin nökərçiliyini qəbul edib. Faşist Almaniyasına qeyd-şərtsiz və saysız-hesabsız xidmətlər göstərib. 1941-ci ildə Hitlerin ordusunun tərkibində “Erməni legionu”nun yaradılmasına başlayıb. Eyni zamanda, sovet hərbi əsirləri arasındakı ermənilərin həmin legionun sıralarına cəlb olunması məqsədilə xüsusi komitə formalaşdırıb. 1942-ci ildə isə Q.Njde hitlerçilərin yaratdığı “Erməni milli şurası”nın 7 üzvündən biri olub.
Bundan sonra Q.Njdenin hərbi cinayətləri üçün geniş imkanlar açılıb. O, hətta SS hazırlıq düşərgələrində təlim keçərək, qəddarlığın ən incə məqamlarını belə, öyrənib.
Q.Njde sonrakı bir neçə il ərzində ermənilər istisna olmaqla, hərbi əsirlərin işgəncəyə məruz qoyulmasında, qadınların, uşaqların və qocaların öldürülməsində, qadınların kütləvi şəkildə zorlanmasında xüsusi təşkilatçı rolunda çıxış edib. Öz qəddarlığı və amansızlığı ilə hətta faşistlər arasında belə, sadist kimi məşhurlaşıb.
Arxiv materiallarına görə, Qaregin Hjde özünü Adolf Hitlerə bənzətməkdən xüsusi zövq alırmış. O, hətta özünü “erməni xalqının füreri” adlandırıb... |
Arxiv materiallarına görə, Q.Hjde özünü Adolf Hitlerə bənzətməkdən xüsusi zövq alırmış. O, hətta özünü “erməni xalqının füreri” adlandırıb. Bu iddiasını möhkəmləndirmək üçün Adolf Hitlerin “Mayn Kampf” sərsəmləməsinə oxşar “Mənim kredom” adlandırdığı bir cızma-qara da yazıb.
Bu cinayətkarın ölümü ilə bağlı bir qədər ziddiyyətli məlumatlar mövcuddur. Belə ki, Rusiya Müdafiə Nazirliyinin arxdivlərindəki materiallara görə, 1944-cü ildə SMERŞ-in xüsusi təyinatlı əks-kəşfiyyat qruplaşması Q.Njdenin zərərsizləşdirilməsi məqsədilə Polşaya göndərilib. Və sovet kəşfiyyatçıları tapşırığı uğurla yerinə yetirərək, Q.Njdeni öldürüblər.
Ancaq DTK-nın arxiv materiallarında Q.Njdenin Bolqarıstan paytaxtı Sofiyada həbs olunaraq, SSRİ-yə gətirildiyi bildirilir. Həmin materiallara görə, mühakimə olunan Q.Njde 25 il müddətinə həbs cəzasına layiq görülüb. Və cəzasını çəkmək üçün Ermənistan SSR-in DTK təcridxanasına köçürülüb. Bir müddət sonrasa, o, həbsxana kamerasında ölüb.
Ermənilərə elə məhz Qaregin Hjde kimi şərəfsiz bir “qəhrəman” yaraşır... |
Əgər, ikinci məlumat həqiqətdirsə, yəni o, cəzasını çəkmək üçün Ermənistan SSR DTK-sına göndərilibsə, deməli, bu hərbi cinayətkarın xilas olunması üçün kimlərsə, xüsusi canfəşanlıq ediblər. Hər halda, bu erməni faşistinin Ermənistan SSR DTK-sında ölməsi barədə ssenari qurmaqla, onun başqa ad altında qaçırıla biləcəyindən şübhə etməyə əsaslar olmamış deyil.
İndi belə bir xəstə təxəyüllü hərbi cinayətkar, nasist, sadist, quldur dəstələrinin yaradıcısı olan şəxs Ermənistanda “milli qəhraman” hesab olunur. İrəvanda ona heykəl qoymaq azmış kimi, ermənilər Bolqarıstanda onunla bağlı film çəkilməsinə də nail olublar.
Əslində, ermənilərə elə məhz Q.Hjde kimi şərəfsiz bir “qəhrəman” yaraşır. Erməni toplumu öz xislətinə görə Q.Njdedən daha fərqli “qəhrəman” yetişdirə bilməzdi.
Ona görə də bir faşist hərbi cinayətkarına heykəl qoyub, ona “ballada” həsr etməyə çalışılması erməni toplumunun cılız ruh halından və xain xislətindən xəbər verir...musavat.com
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar