Xəbər lenti
27-11-2024, 19:25


Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələrə və Ədliyyə Nazirliyində 2020-ci ilin birinci yarımili ərzində görülən işlərə dair keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edib.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nazir hesabat dövründə nazirlikdə və tabe qurumlarda aparılan maarifləndirmə və profilaktika tədbirlərindən danışıb. Bildirib ki, məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilib, bələdiyyələrin fəaliyyətinə nəzarət artırılıb, bələdiyyə orqanlarına zəruri metodiki köməkliklər göstərilib.

İcra və probasiya şöbə və bölmələrinin icraatına 1507 icra sənədi daxil olub, bunlardan 600 iş tam icra olunub, 816 iş icraya yönəlib, 43 iş geri qaytarılıb, 48 iş ərazi aidiyyəti üzrə göndərilib. 101 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, 96 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülüb. Dövlət notariat ofisləri tərəfindən 5407 müxtəlif məzmunlu notariat əməliyyatları aparılıb, dövlət büdcəsinə 40184 manat dövlət rüsumu ödənilib.

Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertiza işləri üzrə 67 rəy, 16 arayış verilib, 7 ekspertiza işi icra olunmadan geri qaytarılıb, 4 işin icraatı vəsatət verildiyindən dayandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədliyyə orqanlarına göstərdiyi diqqət və qayğısı sayəsində ekspertiza mərkəzinə alınmış müasir avadanlıqların gətirilməsi təmin edilib

Penitensiar Xidmətdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilib, məhkum və həbs edilmiş şəxslərin hüquqları qorunub, təhlükəsizlik tədbirləri gücləndirilib,cəzaçəkmə müəssisələrində qabaqlayıcı profilaktiki tədbirlər görülüb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun altıncı çağrış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında icra, ekspertiza və bələdiyyə fəaliyyəti ilə bağlı tapşırıqları təkcə bu sahələri deyil, nazirliyin bütün sahələrini əhatə etməklə icra olunacaqdır. Apardığımız hüquqi maarifləndirmə və profilaktika işi bundan sonra da daha keyfiyyətlə davam etdiriləcək, qarşıya qoyulan vəzifələr növbəti hesabat dövrü də icrası təmin olunacaqdır.

Sonra məruzə ətrafında digər çıxışlar dinlənilib.

Sonda nazirliyin kollegiya qərarı qəbul edilib.




Ana səhifəyə qayıt        Baxış: 2 851          Tarix: 30-07-2020, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma