Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
14 yanvar 2011-ci il… Tunisin beynəlxalq hava limanında Səudiyyə Ərəbistanına istiqamət alacaq təyyarəyə yüklər daşınır. Trapın qarşısında dayanan 74 yaşlı kişi əlindəki çantanı yerə qoymadan bu səhnəni miskinliklə seyr edir. Təyyarənin yük yerinə daşınan iri qutuların içərisindəki əşyaların qiyməti milyonlarla, çantadakı daş-qaşların qiyməti milyard dollarla ölüçlsə də, ömrünün səkiizinci onilliyini yaşayan bu adamın üzündə təəssüf hissləri açıqca hiss olunur. Məhz bu var-dövlət onu öz vətənini, 23 il prezidenti olduğu ölkəni tərk etməyə məcbur edir və o, anlayır ki, Tunisi tərk etməsə, ən yaxşı halda ömrünün son illərini özü tikdirdiyi həbsxanalarda keçirəcək…
1987-ci ildən 2011-ci ilə qədər Tunisin prezidenti olmuş Zin əl-Abidin (Zeynalabid) Ben Əlinin hakimiyyəti belə acınacaqlı sonluqla yekunlaşıb.
Ben Əli 1936-cı ildə Tunisdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra mühəndis ixtisası üzrə ali təhsil alıb. Daha sonra Fransada ali hərbi məktəbdə və ABŞ-da kəşfiyyat və təhlükəsizlik üzrə ali məktəbdə təhsilini davam etdirib. Gənclik illərindən siyasi proseslərdə fəallıq göstərən Ben Əli Tunisdə gənclər ittifaqının yaradıcılarından biri olub. Bu fəaliyyətinə görə o, iki dəfə məhbəs həyatı yaşayıb.
Artıq 1958-ci ildə, 22 yaşında olanda Ben Əli Tunis ordusunun baş qərargahında zabit kimi xidmət etməyə başlayıb. 1964-cü ildə o, yeni yaradılmış hərbi təhlükəsizlik departamentinə rəhbər təyin edilib. 1974-1977-ci illərdə Ben Əli Mərakeşdə hərbi atteşe vəzifəsində çalışıb. 1977-ci ilin dekabrında ona Tunisin Milli Təhlükəsizlik Xidmətinin baş direktoru vəzifəsi həvalə olunub və ordu generalı rütbəsi verilib.
1986-cı ildə mövcud konstitusiyaya görə Tunisin ömürlük prezidenti olan Həbib Burqiba Ben Əlini ölkənin ən vacib postlarından biri olan Daxili İşlər Nazirliyinə rəhbər təyin edib.
1987-ci ilin iyun ayında Tunisdə dövlət və hökumət qurumlarının strukturu yenidən formalaşdırılanda Həbib Burqiba Ben Əliyə növbəti etimadını göstərərək baş nair vəzifəsini ona həvalə edib. Ben Əli eyni zamanda daxili işlər naziri vəzifəsini də özündə saxlayıb.
Kifayət qədər böyük səlahiyyətlərə sahib olan Ben Əli hakimiyyəti tam ələ keçirmək üçün bütün cəhdləri edib.
Konstitusiyaya görə, ölkə prezidenti səlahiyyətlərini xəstəliyə, yaxud da digər səbəblərə görə icra edə bilmədiyi halda, prezident səlahiyyətləri baş nazirə keçib, o cümlədən ali baş komandan vəzifəsinin səlahiyyətlərii də. Ben Əli konstitusiyanın bu maddəsindən yararlanıb. 1987-ci ildə 84 yaşlı Burqibanın yaşı və xəstəliyi əsas göstərilərək Ben Əli bütün prezident səlahiyyətlərini ələ keçirib. Bu Tunisin tarixinə “Yasəmən inqilabı” kimi düşüb.
Ben Əlinin prezidentlik dövrü ölkə üçün çox da uğusuz olmayıb. Əvvəlki dövrlə müqayisədə yoxsulluq həddi 14 faiz azalıb, işsizlik problemi qismən öz həllini tapıb, ölkə vətəndaşlarının sosial rifahında, maddi gəlirlərində nəzərəçarpacaq qədər fərq olub, ümumi əhalinin 21 faizinin şəxsi avtomobilə sahib olması, 81 faizinin mənzilində soyuducunun olması, demək olar ki, hər bir kəsin mobil telefondan istifadə etməsi Ben Əlinin fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib.
Amma Ben Əli özünü də unutmayıb. Təkcə rəsmi açıqlamada onun Fransa banklarında 5 milyard dollara sahib olması qeyd olunub. Bu yalnız rəsmi göstərilən rəqəmdir. Prezidentin həyat yoldaşı Leylanın isə Dubayda 45 milyon dollarlıq qızıl yatırımı olduğu da aşkarlanıb.
Ailənin zəngin həyatı tunislilərin diqqətindən yayınmayıb. Xüsusilə Ben Əlinin həyat yoldaşı zinət əşyaları, dəbli geyimləri, həyat tərzi ilə dillər əzbərinə çevrilib. Sonralar o da məlum olub ki, ailənin zənginləşməsi məsələsi ilə həyat yoldaşından daha çox Leyla məşğul olub, Ben Əlidən 21 yaş kiçik olan Leylanın bu məsələlərdə səlahiyyəti Ben Əlidən artıq olub.
Ölkəni məcbur tərk edəndə Ben Əli bütün var-dövlətini çıxarmağa nail ola bilməyib. Onun şəxsi sarayının həyətində 39 bahalı avtomobil, həyətdə saxladığı pələng balaları, evdə gizlətdiyi kiloqramlarla qızıllar, iki kiloqrama yaxın narkotik vasitə, 130 milyon dollarlıq geyim və ev əşyaları, qiymətli rəsm əsərləri və s. sözün əsl mənasında tunisliləri şoka salıb. İnsanlar axın-axın prezidentin iqamətgahını müzey kimi ziyarət etməyə axışıblar.
Elə bu cür həyat tərzi Ben Əlinin parlaq həyatını zülmətə çevrib. 1987-ci ildə təşkil etdiyi “Yasəmən inqilabı”nı 2011-ci ildə onun özünə qarşı ediblər.
Ben Əli Tunisi tərk etmək istəməyib, hətta ölümü bahasına olsa belə, o, öz vətənində qalmaq istəyib. Bu haqda sonralar onun köməkçisi Əli Siriani də təəssüratlarını bölüşüb:
“Hava limanında olarkən təyyarənin mühərrikləri işə düşəndə Ben Əli trapın qarşısından geri şəkildi:
– Mən heç bir yerə uçmaq istəmirəm, mən Tunisdə qalmaq istəyirəm, burada ölmək istəyirəm.
Bunu eşidən həyat yoldaşı Leyla ona qəzəbləndi:
– Kəs səsini, keç təyyarəyə, axmaq. Mən sənin kütbeyinliyindən boğaza yığılmışam. Bu vəziyyətə düşməyimiz sənin axmaqlığının nəticəsidir…
Ben Əli məcbur olub onun arxasınca təyyarəyə qalxdı…”
Bəli, tamahın, var-dövlət hərisliyinin sonu belə olmalı, paytaxt Tunisin ən ucqar bir yerində adi qadın bərbəri olan Leyla prezidenti “axmaq və kütbeyin” adlandırmalı idi.
Səudiyyə Ərəbistanında, Ciddə şəhərində məskunlaşan ailə bir daha öz vətənlərinə dönə bilməyib. Tunis məhkəməsi Ben Əlini və həyat yoldaşını qiyabi olaraq 35 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hərbi tribunal isə sabiq prezidentin ömürlük azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.
Ben Əli bu cəzaları çəkməsə də, mühacirət həyatı onun üçün daha əzablı olub. O. 2019-cu ildə uzun sürən xəstəlikdən sonra Ciddə şəhərində vəfat edib. Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar