Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanı girov müqabilində azadlığa buraxmaqdan imtina edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Köçəryanın müdafiəsinin apellyasiya şikayəti rədd edilsin. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılsın”, – deyə hakim Lusine Abqaryan məhkəmənin qərarını səsləndirərkən deyib.
Qeyd edək ki, 2018-ci ilin iyulunda xüsusi istintaq xidməti Köçəryana qarşı 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması zamanı konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürüb.
Sabiq prezident həmçinin böyük məbləğdə rüşvət almaqda da təqsirli bilinir. Köçəryan ittihamın planlaşdırılmış siyasi təqib olduğunu hesab edir. O, 2018-ci ildə iki dəfə, 2019-cu ilin iyununda isə üçüncü dəfə həbs olunub. \\Axar.az
Paylaş: