Xəbər lenti


Yaxın Şərqdən kürd separatçılarının Dağlıq Qarabağa gətirilməsi məsələsi erməni mediasında da ciddi müzakirə olunur. “ArmenianReport” nəşrinin müəllifi Qrayr Poqosyanın bu gün dərc olunan “Düşmənimin düşməni mənim dostumdur - Uzunmüddətlimi?” sərlövhəli məqaləsində Paşinyanın yoldaşının Dağlıq Qarabağda hərbi təlim şoundan tutmuş kürd separatçılarının Ermənistana gətirilməsi barədə bir çox məsələlərə toxunulub və sərt tənqid atəşinə tutulub. 
 
Məqalənin yalnız PKK-ya həsr olunmuş hissəsini kiçik redaktə fərqiylə Ovqat.com oxucularına təqdim edirik.
 
“Ancaq bu gün bəlkə də yalnız lallar tərəfindən müzakirə edilməyən daha aktual bir problem var: Baş nazir Nikol Paşinyanın Suriya, Livan və Yaxın Şərqdən insanların “Artsax”a köçürülməsi ilə bağlı spekulyasiyaları.
 
... Üstəlik, söhbət əsl ermənilərdən yox, bizə yaxın olan digər etniklərdən, əsrlər boyu Ermənistan ərazisində yaşayan millətdən - kürdlərdən gedir.
 


Qədim bir atalar sözü var: düşmənimin düşməni mənim dostumdur. Heç kimə sirr deyil ki, kürdlər əsrlər boyu düşmənimiz Türkiyəyə qarşı layiqli mübarizə aparan kiçik, lakin cəsur bir xalqdır. “Kürd azadlıq hərəkatı” - militarist siyasətinə, böyük və hazırlıqlı ordusuna baxmayaraq, Türkiyə hökumətinin başağrısıdır. Türkiyənin şimal əyalətlərindən gələn gündəlik xəbərlər göstərir ki, kürd xalqı öz dövlətlərini qazanmaq yolunda dayanmır. Bu baxımdan, Ermənistan hökumətinin kürdlərə diqqət və dəstəyi məmnuniyyətlə qarşılanır.
 
 
Ancaq söhbət “Kürdüstan Fəhlə Partiyası”nın (PKK) silahlı bölmələrinin ordumuzun nizami birləşmələrində iştirakından gedirsə, istər-istəməz sual ortaya çıxır: Ordumuzda hər şey qaydasındadırmı? Axı, aydındır ki, sayı və miqyasından asılı olmayaraq, dağlıq şəraitdə hərbi əməliyyatlar keçirmək üçün təlim keçmiş, təxribat və asimmetrik hərəkətlərə yiyələnmiş kürd döyüşçüləri Ermənistanın gözəlliyinə heyran olmaq üçün bölgəmizə gətirilməyiblər.
 
Bu yaxınlarda Moskvada keçirilən müdafiə nazirləri toplantısında çıxış edən David Tonoyan, təhlükəsizlik maraqlarının KTMT-nin məsuliyyət sahəsindən çox kənarda çıxdığını bildirmişdi. Bu gün Ermənistan Aralıq dənizindəki oyunçulardan biridir. Yunanıstan və Fransanın dəstəyi, Avropa erməni diasporunun fəaliyyəti, ən yüksək səviyyədə görüşlər Ermənistanın xarici siyasətinin bariz uğurudur. Lakin, bildiyiniz kimi, hər hansı bir nailiyyətin effektivliyinin müəyyən bir müddəti var. İndiki halda söhbət, çox güman ki, Paşinyanın onsuz da boş olan xəzinəsinə qoymağa çalışan taktiki ani dividendlərdən gedir. Yerli və dünya mediasında yağışdan sonra artmış göbələk kimi görünən korrupsiya qalmaqalları, ailəsinin və ətrafının dəbdəbəli həyat tərzi -   razılaşmalısınız ki, Paşinyanın imici Ermənistan xalqının 2018-ci ilin may ayında gözlədiyi kimi deyil.


 
Ancaq Paşinyan və onun silahdaşları siyasi səhnədən silinsə belə, dünyanın bir çox ölkəsi tərəfindən terrorçu kimi tanınan silahlı qrupların üzvlərini ölkəyə gətirilməsi, şübhəsiz ki, yalnız Paşinyanın özünə deyil, bütün ölkənin imicinə mənfi təsir göstərəcəkdir.
 
...Bəli, o, indi minlərlə dollara başa gələn kostyumlar geyinir, kürü yeyir və 1,5 milyon dollar dəyərində saat taxır, lüks bir avtomobildən qarajı var. Fəqət bu, hələ də ölkəni elə bir təlatümlüyə sürükləyən eyni adamdır ki, kürd üsyançıları belə oradan çıxmağımıza qətiliklə kömək etməyəcəklər.
 
Nikol Paşinyana yaxın olan David Galstyan vasitəsilə İordaniyadan Ermənistana köhnəlmiş silahların tədarükü yolu ilə büdcə vəsaitlərinin silinməsi kimi saxtakarlıqlarla bağlı ortaya çıxan təfərrüatlar hələ də cinayət məsuliyyətindən uzaqda qalır. Bu, yüzlərlə döyüşçümüzün həyatına başa gələn məsuliyyətsiz bir addımdır. Baş nazirin "Ermənistanın Yaxın Şərqə qayıtması"nı açıq elan etməsinin səbəbi budurmu?
 
Bəli, Türkiyənin Cənubi Qafqazdakı çirkli oyunları, Azərbaycanla hərbi-siyasi birliyin intensivləşməsi, Rusiyanın təzyiqi hökumətdən lazımi çəkindirici tədbirlər görməsini tələb edir. Bu amillər inkar edilə bilməz.
 
Ancaq şübhəli qruplarla, yaxşı niyyətlə belə, anlaşmamışdan əvvəl Paşinyan kürd könüllülərinin dəstəyi (bunun da hələ zəmanəti yoxdur, çünki pul hər şeydir) ilə yanaşı bunun əvəzində nə alacağını da düşünməli idi.


 
Ümumiyyətlə, "Kürd məsələsi" ilə əlaqəli kütləvi informasiya vasitələrində geniş müzakirə olunan bütün fəaliyyətlərin ictimailəşdirilməsi düşünülmüş ssenari kimi görünür. Paşinyanın iki illik hakimiyyəti Rusiyanın Ermənistanı dəstəkləməsi amilini tamamilə məhv etdi. Rusiya hegemonluq prinsiplərinə riayət edərək növbə ilə gah bizimlə, gah da Azərbaycanla flört edir, eyni zamanda həm onlara, həm də bizə silah satır. Bəli, iyul ayında Sergey Lavrov, Ermənistanın “Gəncə keçidindəki boru kəmərindən 15 km yaxınlığına qədər irəliləmək istəyirdi” iddiasını dilə gətirərək bizə birmənalı şəkildə xəyanət etdi. Bəli, KTMT kimi müttəfiq bir blok ona ən çox ehtiyac duyduğumuz anda bizi tək buraxdı”.





Ana səhifəyə qayıt        Baxış: 3 486          Tarix: 21-09-2020, 19:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma