Xəbər lenti

“Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana mümkün qatılması barədə bəyanatı sərsəmləmədir və onların danışıqlara son qoyulması niyyətini göstərə bilər”.

“Report” xəbər verir ki, bu fikri Azərbaycanın Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.

“Bu adam əvvəlcə oğlunu Qarabağda qulluq etməyə göndərib, sonra da belə bəyanatla çıxış edirsə, deməli, danışıqlar prosesinin bitdiyini demək istəyir”, – o deyib.

Politoloq həmçinin vurğulayıb ki, Moskva N.Paşinyanın belə ehtiyatsız bəyanatını heç də nikbinliklə qəbul etməyib: “Putin və Kremlin Paşinyana və komandasına qarşı onsuz da mehriban olmayan münasibətini nəzərə alaraq demək olar ki, belə bəyanatlar Moskvanın onlara qarşı nifrətini dərinləşdirir”.

 




Ana səhifəyə qayıt        Baxış: 656          Tarix: 10-09-2018, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma