
Xəbər lenti
Bu gün, 20:35
Bu gün, 18:46
Bu gün, 17:30
Bu gün, 14:15
Bu gün, 13:30
Dünən, 22:28
Dünən, 21:00
Dünən, 20:00
Dünən, 15:57

ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İran və Venesuela ilə mümkün müqavilələrin bağlanması şərtlərini sərtləşdirməyi düşünür.
APA “CNN”-ə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri Tehrana və Karakasa ünvanlanan belə bir xəbərdarlıqla Mayami şəhərində tərəfdarları ilə seçkiqabağı görüşdə çıxış edib.
“Mən sizə bunları deyəcəyəm: İstər İran, istərsə də Venesuela olsun – onsuz da onlar danışıqlar aparmaq istəyirlər. Hər kəs danışıq aparmaq istəyir. Amma seçkilər bitənə qədər gözləmək istəyirəm. Bir il əvvəl dedim: sizin seçim imkanınız var, danışıqları indi və ya seçkilər bitdikdən sonra apara bilərik. Ancaq seçkilərdən sonra razılıqlar daha sərt olacaq”, - Tramp belə deyib.
Amerikalı lider, həmçinin Venesuela, Kuba və Nikaraquaya qarşı fəal şəkildə birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyini xatırladıb və bunları “tarixin ən sərt sanksiyaları” adlandırıb.
“Bu ölkələrin hamısı ABŞ-la danışıqlara gələcəklər.
Gözəl bir razılaşma əldə olunacaq. Seçkilər bitənə qədər gözləməliyik.
Mən onlara gözləmək istədiyimi bildirdim”, - deyə Ağ Ev rəhbəri əlavə edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar