Xəbər lenti


Küveytin yeni vəliəhdi, 80 yaşlı şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah oktyabrn 8-də parlamentdə and içib.

“Report” xəbər verir ki, “Al-Jazeera” telekanalı məlumat yayıb.

“Demokratiya kursunu götürən Küveyt konstitusiyalı novator dövlət yolunu davam etdirəcək. Allah, Küveyt əmiri və xalqı qarşısında and içirəm ki, dövlət başçısının möhkəm dayağı olacağam. Küveyt ərəbdaxili, regional və beynəlxalq öhdəliklərinə sadiq qalacaq”,- şeyx Məşəl andiçmə zamanı bildirib.

Küveytin əmiri Navvaf əl-Əhməd əl-Cabir əs-Sabah yeni vəliəhdin ölkənin rifahı üçün xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, Küveyt parlamenti Şeyx Navvafın 80 yaşlı kiçik qardaşı şeyx Məşəli varis, Milli qvradiyanın komandanının müavini, əmir sarayının işlər üzrə naziri vəzifəsinə namizədliyinə birsəslə dəstəkləyib.

Xatırladaq ki, Küveytin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah sentyabrın 29-da 91 yaşında vəfat edib. Onun yerinə 83 yaşlı ögey qardaşı Navvaf əl-Əhməd əl-Cabir əs-Sabah keçib.




Ana səhifəyə qayıt        Baxış: 1 963          Tarix: 8-10-2020, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma