Xəbər lenti


Son hadisələr Ermənistanın və erməni kimliyinin iç üzünü bir daha ifşa etdi. Bu günlərdə Rusiya şairi Aleksandr Sergeyeviç Puşkinə daha çox rəhmət oxunur. Çünki 200 il əvvəl onun ermənilər haqqında dediyi “Sən ermənisən, sən yalançısan, sən oğrusan” ifadəsi dönə-dönə təsdiqlənir.

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi uğrunda başladığı əks-hücum əməliyyatı erməniliyin mahiyyətini də ifşa etdi. Bu etnos etibarsız kütlədir. Onlara güvənib bir iş görmək məğlubiyyət, yaxud özünə quyu qazmağa bərabərdir.
Oktyabrın 30-da İsveçrənin Cenevrə şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Zöhrab Mnasakanyan arasında 6 saatlıq görüş olub.
Danışıqlar nəticəsində Azərbaycan və Ermənistan tərəfi dinc sakinlərin yaşadığı ərazilərə və mülki obyektlərə atəş açmayacaqları barədə razılığa gəliblər. Tərəflər əsir və döyüş nəticəsində ölənlərin cənazələrini dəyişmək, habelə bununla bağlı siyahını ATƏT həmsədrinin şəxsi nümayəndəsinin ofisinə təqdim etməyi də vəd ediblər.


Bu danışıqdan heç bir gün keçməmiş Ermənistan Azərbaycana qarşı yalan yaymağa başlayıb.

Ermənistan müdafiə nazirliyinin yaydığı məlumata görə, guya Azərbaycan tərəfi Qarabağın erməni işğalı altındakı ərazilərində yaşayış məntəqlərini atəşə tutub. Ermənilər bildirib ki, guya həmin ərazilərdə dinc sakinlər yaşayır və mülki infrastruktur mövcuddur.

Ermənistanın uydurduğu başqa bir yalana əsasən, guya Azərbaycan tərəfi qadağan edilmiş fosfor silahından yararlanıb.

Erməni yalanını Azərbaycanın Müdafiə Nazirliyi təkzib edib: “Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür”.

Son bir ayda Azərbaycanla Ermənstan arasında beynəlxalq vasitəçilərin istəyinə uyğun olaraq 3 dəfə humanitar atəşkəs razılaşması əldə edilib.
Ancaq bu rejim hər dəfə Ermənistan tərəfindən pozulub. Ermənistan humanitar atəşkəs rejimi ilə bağlı razılaşmanı pozaraq gecə saatlarında Gəncəyə - dinc sakinlərin yaşadığı əraziyə ballistik raket atıb, Tərtər sakininin dəfn mərasimini bombalayıb, Bərdəyə “Smerç” tipli raket atıb, Mingəçevirə raket zərbəsi endirib, Goranboy, Daşkəsən, Tovuz rayonunun dinc sakinlər yaşayan kəndlərini atəşə tutub.
Ermənilərin humanitar atəşkəsi pozaması nəticəsində 91 dinc sakin ölüb, 400 mülki şəxs yaralanıb.
Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.


Ermənistan Azərbaycana qarşı bu kimi iftiraları ilə törədəcəyi növbəti cinayət üçün zəmin hazırlayır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, mülki şəxslərə və obyektlərə atəş açmır. Qarabağın işğal altında olan ərazilərindəki qanunsuz silahlılar və işğalçı Ermənistan ordusunun hərbçiləri boş binalara sığınır. Oradan Azərbaycanın mövqelərinə atəş açırlar.

Cavab atəşi ilə susdurulduqda mülki obyektlərə atəş açıldığını iddia edirlər. Ancaq erməni KİV-in işğal altındakı Azərbaycan ərazilərindən yaydıqları videogörüntülərdə yaşayış binalarında və mülki obyektlərdə dinc sakin görünmür. Görünənlər isə köhnə videolardır.
Bu baxımdan, həmin ərazilərdə mülki obyektlərin olmadığı qənaətinə gəlmək mümkündür.

Ermənistan bu yalanı yaymaqla Azərbaycanın döyüş bölgələrindən uzaqdakı rayonlarını atəşə tutmaq üçün zəmin hazırlayır.

Ermənilərin uydurduğu “kimyəvi silah” şayiəsinə gəldikdə, bu da Azərbaycanın mülki sakinlərinə qarşı tətbiq edilən qadağan olunmuş silahla bağlı cinayətlərini ört-basdr etmək məqsədi daşıyır. Yaxud ermənilər Azərbaycana qarşı kimyəvi silahdan istifadə etmək üçün rəy formalaşdırırlar.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, işğal altındakı Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onu Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq etməkdir. Digər tərəfdən, həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayır və beləliklə, gələcək təxribatları üçün zəmin yaradır.

Oktyabrın 29-da Azərbaycan Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.
Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan - Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan - Ermənistan sərhədində qarşı tərəfə təhvil verib. Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, ancaq Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.


Bu humanitar addım qarşılığında Ermənistan geri qaytarılan Yevgeniya Babayandan Azərbaycana qarşı istifadə edib. Guya bu 85 yaşlı qadının gözü qarşısında “əsir ermənilərə işgəncə verilib”.

Özlərini huimanist göstərən ermənilər 85 yaşlı qadını niyə döyüş bölgəsində qoyub qaçıblar? Yaxud 84 yaşlı Mişa Melkumyanı niyə təhvil almayıblar? Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın yaşlı anasını belə vəziyyətdə qoyub qaçardılarmı?! Əlbəttə, yox və s...
Odur ki, Babayanın danışdıqlarının ağ yalan olması istisna edilmir. Çünki həmin qadın Azərbaycan tərəfdə olanda ermənilərə lənət oxuyurdu. Odur ki, Ermənistanda da ondan təzyiq, yaxud müxtəlif psixoloji vasitə ilə müsahbə götürüldüyü istisna edilmir. Bu yaşlı qadının gözü qarşısında “erməni əsirə işgəncə verilməsi"nin nə mənası var? Adətən belə tədbirlər başqasını qorxutmaq üçün görülür.
Beləliklə, Ermənistan döyüşdə də uduzduğunu etiraf edib, işğal etdiyi torpaqlardan çıxmaqdansa, yalan danışmaqla erməni ictimaiyyətini təhqir edir, alçaldır.

Ermənistan müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan “Kimsə düşünürsə ki, bizim atəş açmaq hüququmuz yoxdur, qoy elə də düşünsün” açıqlaması ilə Serj Sarqsyanın Xocalı soyqırımı ilə bağlı söylədiklərinə haqq qazandırır. Onda Sarqsyan Xocalıda dinc sakinləri qətl etdikərini bildirmişdi: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”.

Ovannisyan ermənilərin Xocalı soyqırımını törətdiklərini və yeni belə cinayətlərə hazırlaşdıqlarını bildirib. Bu həm də Ermənistanın dinc sakinlərin yaşadıqları əraziləri atəşə tutmaqdan əl çəkməyəcəkləri deməkdir.
Odur ki, Arsurunun sözləri bir daha deməyə əsas verir ki, Ermənistan Cenevrə razılaşmasına əməl etmək niyyətində deyil.
Hər iki halda erməni tərəfi “biz dinc əhaliyə əl qaldıra bilərik” mesajını verir.

Döyüşdə uduzan Ermənistan yalan danışmaqla yanaşı, şantaja da əl atır. Ermənilər törətdikləri hərbi cinayətlərə görə cəzalandırılmayıblar. Ona görə yalan danışır, cinayətlərinin sayını artırırlar. Ovannisyanın “Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var” bəyanatı ermənilərin törətdikləri cinayətlərə görə başlarının hələ də sığallandığını təsdiqləyir.
“Qarabağ ordusu” ifadəsi də gülməlidir. Qarabağda Azərbaycan Ordusu ilə Ermənistan döyüşür. Arsurun və onun təmsil etdiyi hakimiyyət öz silahlı qüvvələrinin zəifliyini gizlətmək üçün bu qurumun adından istifadə edirlər. Guya Azərbaycan və Türkiyə “Qarabağ ordusu” ilə döyüşür. Bu, erməni saxtakarlığının sərhəd tanımadığını təsdiqləyir.

Ermənistan məğlub vəziyyətdədir. Bu, Hitler faşizminin son çağını xatırladır. Faşistlər çıxdıqları əraziləri yandırırdılar. Böyük Britaniyada dinc sakinlərin bombalanmasını buna örnək göstərmək olar. Fransa istehsalı olan “Köhnə tüfəng” filmini çoxları seyr edib: Bir qəsrə sığınan faşistlər oradakı sakinləri qətlə yetirirlər. İndi ermənilər Qarabağda o vəziyyət düşüblər və vəziyyətdən çxmaq üçün çabalayırlar. Çoxlu yalanlar uydurur, cinayətlər törədirlər.

Ermənilər törətdikləri hərbi cinayətləri və vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edirlər. “Ərəb muzdluları”, “Pakistan əsgərləri”, “Türkiyə xüsusi təyinatlıları”, “F-16 qırıcıları”, “Xankəndində doğum evinin”, “Şuşada kilsənin vurulması" və başqa belə saxta xəbərlər yayırlar. Bunların hər biri araşdırıldıqdan sonra ermənilərin yalanı ifşa edilib.

Onlar bu kimi saxtakarlıq etməklə döyüşdə Ermənistan ordusunun məğlubiyyətinə erməni ictimaiyyətinin gözündə haqq qazandırmağa çalışırlar. İşğalçı dövlət dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi hərbi cinayətlərdən yayındırmağa səy göstərir və beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaq istəyir.
Bütün hallarda Allah Puşkinə rəhmət eləsin.

Report



Ana səhifəyə qayıt        Baxış: 2 036          Tarix: 31-10-2020, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma