Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Qarabağ cəbhəsində ardıcıl məğlubiyyətlərə uğrayan Ermənistanda Rusiyadan narazılıq artır.
Modern.az xəbər verir ki, Rusiyanı münaqişəyə cəlb etmək cəhdi uğursuzluğa düçar olduğu üçün erməni cəmiyyətində Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu ilə bağlı narazılıqlar artır.
Erməni politoloq Stepan Qriqoryanın bir neçə gün öncə verdiyi açıqlama bu narazılığın açıq şəkildə biruzə verildiyini göstərir.
“Rusiya Ermənistanı aldadıb. Ermənistan Rusiya üçün beynəlxalq arenada öz ziyanına olsa da, bir sıra ciddi addımlar atdı. Amerikalılar, avropalılar, ukraynalılar və gürcülər bizdən inciyirdi. Amma əsas ümidimiz Rusiyanın dəstəyinə idi. Və bütün bu olanlardan sonra Rusiya yumşaq desək, bizə dəstək olmadı. Bu hamımız üçün dərs olmalıdır! Rusiyaya orinetasiyalı siyasət etibarlı iş deyil”.
Qriqoryanın fikrincə, Qarabağ döyüşləri İsrail və Türkiyə silahlarının Rusiya istehsalı silahlardan üstün olduğunu isbat edib.
“Droblar, özüyeriyən artilleriya qurğuları özünü çox yaxşı nümayiş etdirir, Rusiya silahları isə özünü doğrultmur. Müharibə Rusiya silahının Türkiyə silahından üstün olduğunu nümayiş etdirdi. Moskva həm siyasi, həm də hərbi baxımdan etibarsız müttəfiqdir”- deyə politoloq söyləyib.
Politoloq Gümrüdə Rusiyaya məxsus 102-ci hərbi bazanın çıxarılmasını təklif edib.
Analoji təklifi Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan da söyləmişdi.
“Rusiya Ermənistandan qoşunlarını çıxarmalıdır. Ermənistan faktiki olaraq Rusiyanın koloniyasına çevrilib”-deyə partiya sədri söyləyib.
Antirus mövqeyi ilə tanınan ultramillətçi “Sasna Tsrer” partiyası da Rusiyanın ünvanına ciddi ittihamlarla çıxış edib. Belə ki, partiyanın lideri Jirayr Sefilyan Rusiyanın onlara Hava Hücumundan Müdafiə Sistemləri və s. müasir silahlar verməməkdə ittiham edib. Onun fikrincə, Moskva öz üzərinə düşən missiyanı yeruinə yetirmir.
“Xarici siyasətdə Moskvaya yönələn xətdən imtina etməliyik. ABŞ, İran, Çin, Gürcüstan və Hindistanla qarşılıqlı əlaqələr qurmalıyıq”-deyə Sefilyan söyləyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar