Xəbər lenti

Ermənistan rəhbərliyi öz xalqından acı gerçəyi gizlətdikcə mənasız itkiləri ikiqat artır; rusiyalı politoloq: “Ermənistan fəlakətin astanasındadır...”

Müqəddəs Qarabağ savaşının 37-ci günüdür. Müzəffər ordumuz ölkəmizin ərazi bütövlüyünün tam bərpası yönündə hərbi yürüşünü uğurla davam etdirir. Elə gün yoxdur ki, hansısa yaşayış məntəqəmiz və yaxud ən azı, hansısa strateji yüksəkliklərimiz düşməndən geri alınmasın. Bu da o deməkdir ki, xalqımızın Qarabağda halal, qəti və böyük qələbəsinə bir şey qalmayıb.

Bunu həm də düşmən ordusunun müqavimət və döyüş qabiliyyətinin faktiki sıradan çıxarılması zəruri edir. İşğalçı ölkənin başını itirmiş rəhbərliyi isə hələ də öz xalqını aldatmağa, ondan acı gerçəyi gizlətməyə və Azərbaycan Ordusu haqda absurd ittihamlarla erməni toplumuna təsəlli verməyə çalışır. Guya bizim tərəfimizdə minlərlə muzdlu, hətta Türkiyə hərbçiləri vuruşur. Halbuki Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, bizdə heç səfərbərlik belə elan edilməyib. Çünki əlavə döyüşçüyə ehtiyac yoxdur. 100 minlik nizami ordumuz işğalçının başını əzmək üçün yetərlidir.
*****

Ermənistan rəhbərliyi eyni zamanda cəmiyyətdəki artan narazılığa rəğmən, hər cür hiylə ilə öz vətəndaşlarını müharibəyə, daha dəqiqi, mənasız qırğına göndərməyə çalışır. Kəskin döyüşçü qıtlığı yaşayan işğalçı tərəf hətta qadınları və məhbusları belə cəbhəyə səfərbər edir. Daha anlamır ki, müharibənin taleyi, faktiki, həll olunub.

Təsadüfi deyil ki, yaradılan könüllü hərbi birləşmələrdə də artıq iğtişaşlar və narazılıqlar başlayıb. Səbəb həm də onların silah, geyim və ərzaqla təminatındakı ciddi problemlərdir. Di gəl, təhdid və həbs hədələri altında adamlar cəbhəyə getməyə məcbur edilir. Bundan ötrü Ermənistanda hərbi polis qüvvələrindən istifadə olunur. Lakin hərbi polis ilk fürsətdəcə erməni əsgərlərinin qaçıb dağıldığı Qarabağda bu işin öhdəsindən gəlməkdə acizdir. Bu da növbəti fakt.

Ordumuz genişmiqyaslı təlimlərə başladı - VİDEO - FOTOLAR | Eurasia Diary

Sosial mediada həmin hərbçilərdən birinin erməni dilində müraciəti yayılıb. Belə ki, Ermənistanın Çarentsavan şəhərindən hərbi xidmətə çağırılan Vahe Abrahamyan Qarabağdakı cəbhənin bir hissəsində döyüşməkdən imtina etdiyinə görə ölümün onu labüd olaraq gözlədiyi ən bərbad yerə, məqsədli şəkildə köçürülüb. Abrahamyan silahını səngərdə qoyub oranı tərk etmək istəyib. Lakin komandiri bunu görüb. Müharibə dövrünün qanunlarına görə, o, sadəcə, güllələnməli idi. Ancaq erməni komandir Vahenin ayaqlarına güllə atıb və səngərdə onu ölmək üçün qan içində ataraq gedib.

Lakin tale onun üzünə gülüb və sağ qalıb. Ardınca o, erməni səfərbərliyi ilə bağlı qəddar gerçəklikləri ifşa edib. Bu da ondan ibarətdir ki, Ermənistandan olan gənclər öz vətənləri hesab etmədikləri Qarabağ uğrunda vuruşmaq istəmirlər. Onlar artıq başa düşdülər ki, Dağlıq Qarabağ Azərbaycandır! Ermənistan rəhbərliyinin də bunu anlamasına çox az qalıb. Vahe Ermənistanın gənc vətəndaşlarının həyatını xilas etməyə və onların Qarabağ cəbhəsinə göndərilməsinə icazə verməməyə çağırıb.
*****
“Azərbaycan Ordusu olduqca hazırlıqlıdır və hansısa ”sponsorun" köməyi olmadan öz qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ bilər. Ermənistan isə hələ də Moskvadan mədət umur və Rusiyanın Azərbaycanı “aqressiv hərəkətlər”dən çəkindirəcəyini güman edir".

Pol Qobl: “Rusiya heç kimin qalib gəlməsini istəmir” | KONKRET
 
Pol Qobl
Musavat.com xəbər verir ki, bu fikir ABŞ dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl tərəfindən “Kavkazski uzel” saytına verdiyi müsahibədə səslənib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusu uğurlu taktikasını davam etdirir və Dağlıq Qarabağa doğru həm cənubdan, həm də şimaldan hərəkət edərək onu caynağına alır. “Rəsmi Bakı bundan ötrü yaxşı möhkəmləndirilmiş mövqelərini tərk edib irəliləməkdən çəkinmir. Bütün bunlar münaqişədə əsl yeni gəlişmələr sayıla bilər”,- deyə Qobl qeyd edib.
Amerikalı ekspert ordumuzun müvəffəqiyyətlərini, sadəcə, PUA-larla bağlamağın doğru olmadığını da vurğulayıb:

“Şübhəsiz, PUA-lar orduya çox kömək edir. Lakin bunlar uğurları izah etməyə yetərli deyil. Burada əsas amil Azərbaycan Ordusunun zabit və əsgərlərinin hazırlığı, onların əzmkar əhval-ruhiyyəsidir. Onlar hiss edirlər ki, Cənub Qafqazda qüvvələr nisbətini dəyişə bilərlər və bu şansı qaçırmaq istəmirlər”.
*****
“Bakı qəti qələbəyə kimi gedəcək və Moskva ona əngəl olmayacaq”.

Vitali Arkov: "Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə həddini aşıb"  - MÜSAHİBƏ - en son xeberler 2020, xeberler bu gun 2020

Vitali Arkov
Bunu isə PolitRUS portalının rəhbəri, tanınmış rusiyalı politoloq Vitali Arkov deyib.
Onun qənaətincə “Soros Fondu” kadrı Nikol Paşinyan və ətrafı Ermənistanda hakimiyyətdə olduğu illərdə əlindən gələni etdi ki, hazırda davam edən yeni Qarabağ müharibəsində Rusiya nəinki Ermənistanın gələcəyi naminə özünü “oda-közə” vurmadı, həmçinin öz torpaqlarını qaytarmağa başlayan Azərbaycana təzyiq göstərib onu dayandırmaq üçün heç nə etmədi.
 “Bəllidir ki, Paşinyan hələ Ermənistanda hakimiyyətə gəlməzdən əvvəl, müxalifətdə olarkən, ölkənin anti-Rusiya inkişaf kursunun qızğın tərəfdarı idi, Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxmasına çağırırdı. Nikol Paşinyan Ermənistanın başına keçən kimi ”iki stul"da oturmağa çalışdı. Bir tərəfdən, o, açıq şəkildə Rusiya haqda böyük bir dost, Ermənistanın ondan daima kömək gözlədiyi tərəfdaş kimi danışır, digər tərəfdən isə qərbyönümlü siyasət yürüdür. Paşinyanın iqtidarda olduğu dövrdə Ermənistan hakimiyyətinin Rusiyaya qarşı hücumları yaxşı məlumdur. KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılmasını, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsini, Rusiya şirkətlərinin məhkəməyə verilməsini və ölkədə Rusiya kanallarının yayımının məhdudlaşdırılmasını xatırlamaq kifayətdir", - deyə analitik qeyd edib.
Politoloq daha sonra Nikol Paşinyanın hələ də Rusiyaya rəsmi səfərə dəvət almamasını da yada salaraq deyib: “Rusiya Cənubi Qafqazdakı qonşusunun daxili siyasətinə müdaxilə etmir. Kimin hakimiyyətdə olacağına da əlbəttə ki, yalnız erməni xalqı qərar verəcək. Bununla belə, Paşinyanın artıq rəhbər kimi legitimliyi məsələsi var. Çünki insanlar 2018-ci ilin mayında səhv etdiklərini getdikcə daha yaxşı başa düşürlər. Ona
görə ki, Nikol Paşinyan ölkəsini fəlakətə aparır”, - deyə Arkov qeyd edib.

Sözünə davam edən politoloq bildirib: “Qarabağ nizamlanmasından danışsaq, məlumdur ki, Ermənistanın öncəki hakimiyyəti onun həllinə razılaşmağa hazır idi. Paşinyan Ermənistana rəhbərlik etdiyi zaman da rəsmi Bakı dialoqa hazır olduğunu açıq bildirdi. Azərbaycanda Ermənistanın yeni hakimiyyətinin konstruktiv mövqe tutacağına inanırdılar. Amma Nikol Paşinyan Qarabağ nizamlanmasına dair əvvəlki bütün razılaşmaların üstündən xətt çəkdi. Bu gün də Ermənistan rəhbərliyi dağıdıcı mövqe sərgiləməyə davam edir. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsasən, Ermənistan işğal olunmuş rayonları Azərbaycana qaytarmalı idi. Eyni şeyi ATƏT-in Minsk Qrupunun hazırladığı baza prinsipləri tələb edirdi. Ancaq Ermənistan bunu etmədi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etdi ki, Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsa, Azərbaycan tərəfi danışıqlar masasına oturmağa hazır olacaq. Əliyev, zənnimcə, hərbi əməliyyatların dayandırılması ilə bağlı elə

Ermənistanın özü üçün adekvat bir variant təklif etdi. Lakin İrəvan razılaşmadı. Demək, yalnız bir yol qalır: Bakı sona qədər gedəcək və bütün əraziləri qaytaracaq. Və Moskva da buna müdaxilə etməyəcək. Aydındır ki, belə bir vəziyyətdə Paşinyan, sadəcə, hər şeyi itirəcək. Ermənistan indi fəlakətin astanasındadır”.

Ordumuzun işğaldan azad etdiyi Hadrut - ŞƏKİLLƏR » Sumqayitfakt.az

Arkova görə, hazırda Türkiyə və İran kimi regional oyunçular Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etməyə çalışarkən Ermənistan elə bir vəziyyətdə düşməkdədir ki, daha heç kim münaqişənin necə həll ediləcəyi barədə ondan heç nə soruşmayacaq:

“Bölgədəki heç bir ölkənin müharibəyə ehtiyacı yoxdur. Buna görə regionun aparıcı dövlətləri situasiyanı nizamlamağa çalışırlar. Düşünürəm ki, buna görə Rusiya, Türkiyə və İran, eləcə də Azərbaycan razılığa gələcək və güzəştə gedəcəklər. Eyni zamanda məhz Paşinyanın pesronasına görə heç bir şey artıq İrəvanın mövqeyindən asılı olmayacaq. Moskvadakı, Ankaradakı, Tehrandakı, Vaşinqtondakı böyük əmilər nə qərar versə, elə də olacaq. Onlar hansı razılığa gəlsə, Ermənistan əməl etməli olacaq, çünki başqa yolu yoxdur. Yəni indiki vəziyyət göstərir ki, Ermənistan Qarabağ münaqişəsi üzündən bölgədə necə blokadaya alınmışdısa, indi də qeyri-konstruktivliyi səbəbindən səsvermə hüququ olmayan tərəf olaraq qalır”.

Beləcə, Ermənistan haqq etdiyi sonluğa yaxınlaşır, haqq etmədiyini silah gücünə qaytarır. Azərbaycan isə nəhayət, haqq etdiyini alır, işğal xəritəsini ləğv edir...  

Siyasət şöbəsi



Ana səhifəyə qayıt        Baxış: 3 700          Tarix: 3-11-2020, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma