Xəbər lenti


Bu adamlıqdan çıxmışlar yad torpaqlarda ancaq gəbərməyə  gəliblər, onlar üçün Paşinyan da, müdafiə naziri Tonoyan da, elə  Arutunyan da heç kimdir

Atəşkəs haqda iki ölkənin Xarici İşlər nazirlikləri arasında 18 oktyabr razılaşması yenə alınmadı. Oktyabrın 10-da olduğu kimi, dəngəsini tamamilə itirmiş Ermənistan hakimiyyəti son atəşkəs razılaşmasını da əməl edə bilmədi, mövqelərimizə yenə hücum cəhdi edildi. Yenə də cavablarını ağır aldılar, ciddi itkilər verərək geri çəkildilər. Bəs, o halda ortaya belə bir sual çıxır: İrəvan niyə “humanitar artəşkəs” üçün Bakıya minnətçi düşüb yalvarır, sonra isə buna əməl etmir? 

Ordumuzun Ermənistan qüvvələrinə vurduğu zərbələr o qədər ağırdır ki, toparlanmaq üçün nəinki aylar, illər lazım olacaq. Bu səbəbdən ermənilərin bu “humanitar atəşkəs”dən guya toparlanacağı, “təpədən-dırnağa” silahlanacağı üçün yararlanacağı haqda iddialar gerçəyi əks etdirmir. Ermənistanı silahlandıranlar bu əməllərindən zatən əl çəkmirlər. Hər gün İrəvana silah daşınması haqda Azərbaycan tərəfi məlumatlar açıqlayır. Bunun qarşısını isə o vaxt almaq olacaq ki, daha o raketi atmağa mütəxəssis, avtomatı götürməyə isə əsgər qalmayacaq. Azərbaycanı buna məcbur edirlər... 
     
Elə indi də Ermənistan hakimiyyəti o haldadır ki, hətta bir neçə gün nəfəs almaq onlar üçün vacibdir. Amma buna əməl edilmirsə, demək, Ermənistan ordusunda vəziyyət biz düşündüyümüzdən də ağırdır. 

Rusiya mənbələrindən Qarabağdakı erməni yaraqlıları haqda yazıları və fotoları tapıb baxın. Hərbçilər başıpozuq, saqqallı, nizam-intizamsız, ayaqlarında krossovka, çəkələk, köhnə ayaqqıbılar…Bu fotolara baxanda anlayırsan ki, onlar nəinki öz komandirlərini, heç atalarını da saymırlar. Bu adamlıqdan çıxmışlar yad torpaqlarda gəbərməyə gəliblər, onlar üçün Paşinyan da, müdafiə naziri Tonoyan da, elə Arutunyan da heç kimdir. Bu həm də o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağdakı hərbçilərə (onların arasında muzdlular da çoxdur) nəzarəti böyük ölçüdə itirib. Heç bir vahid komandanlıq olmadığından biri özbaşına qırıcıya oturub Qarabağdakı itrilmiş “mövqeləri geri almağa” uçur, o biri Tərtəri, başqa bir bölük komandiri Gəncəni hədəf götürməyə əmr verir. Biz ölkə olaraq torpaqlarımız işğal olunanda bu cür acı taleyi yaşamışıq. İndi şükür ki, Ermənistan o çuxurdadır və hər keçən gün daha çox dağılırlar, özlərinə daha dərin qəbir qazırlar... 

Atəşkəs istəyib, ona əməl edilməməsinin ikinci mühüm səbəbi Ermənistan rəhbərliyinin müharibəyə hazırlıqlı olmaması ilə də bağlıdır. Bunlar kimlərsə arxayın idilər, gəlib onların yerinə döyüşəcəklərini düşünürdülər. İstədikləri alınmadı, savaş meydanında Azərbaycanla təkbətək qaldılar.

Rusiyalı ekspertlər xüsusilə Azərbaycan ordusunun havadan vurduğu zərbələrin Ermənistan üçün ölümcül yara kimi xarakterizə edirlər. Rusiyalı hərbi ekspert Aleksandr Mixaylovski mk.ru-ya deyib ki, Azərbaycanın xüsusilə “Osa” və “Strela” zenit-raket kompleksini məhv etməsi Ermənistanın ordu rəhbərliyinin belini qırıb. Rus ekspert iddia edib ki, Azərbaycan həmin komplekslərin koordinatını elə bir hərbi hiylə ilə (deyib necə) ələ keçirib ki, Ermənistan rəhbərliyini bu gerizəkalılığa görə bağışlamaq mümkün deyil. Doğurdan da, erməni ordusu haqda yaradılan mifi Azərbaycanın qəhrəman övladları 20 gündə darmadağın etdi. Xüsusi təyinatılılarının ordumuzun qarşısından necə dovşan kimi qaçdıqlarını bu gün yayılan kadrlarda gördük. İndi heç bir atəşkəsi “tanımamaq” məğlub olan, dağılmış, başıpozuq  “ordunun” son müqavimətidir. 

Üçüncü mühüm səbəb əlbəttə ki, Ermənistan rəhbərliyinin düşdüyü çıxılmaz vəziyyətdə çarəsiz çabalamasıdır. Paşinyan bu davamı olacaq acı məğlubiyyətin altından bəlkə də heç sağ çıxmadı. Ermənilər onu özləri hakimiyyətə gəldiyi meydanda asdılar. Bu səbəbdən Paşinyan nə edəcəyini daha bilmir. Paşinyan anlayır ki, ağ bayraq qaldırmaq zamanıdır, çünki yaxın günlərdə Azərbaycan Ordusu işğal altındakı daha bir neçə ərazimizi düşməndən azad edəcək. İtkilər artdıqca, ermənilərin xəstə “Böyük Ermənistan” xülyası puç olduqca, onlar Paşinyanın üzərinə gedəcəklər. 

Qarabağdakı işğalçılığa son qoymaqla Paşinyan Ermənistanı xilas edə bilər(di). Çünki bu işğalçı siyasət Ermənistanı getdikcə dünyada da bayquş kimi təkləyir. Hara “qonurlarsa”, onları bədxah kimi ya qovurlar, ya da onlardan qaçırlar. Bu millət kimliyini daha yalanlarla, saxta gözyaşları ilə gizlədə bilmir, Azərbaycan onların iç üzünü, mahiyyətini açdı. 

Ermənistan rəhbərliyi Bakının şərtlərini qəbul edib, o başıpozuq, dədəsini belə tanımayan dəstələri nə yollasa geri çəkməsə, Ordumuz onların başını onsuz da əzəcək. O vaxt isə Paşinyan və Tonoyana ağ bayraq yox, kəfən lazım olacaq...

Musavat.com     




Ana səhifəyə qayıt        Baxış: 2 970          Tarix: 18-10-2020, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma