Xəbər lenti


Rusiya Prezidenti Vladimri Putin 3 naziri və prezidentin Ural federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edib.

Bizim.Media RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiyanın dövlət başçısının fərmanı ilə nəqliyyat naziri Yevgeni Ditrix, təbiət naziri Dmitri Kobılkin, Tikinti naziri Vladimir Yakuşev və prezidentin Ural federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Nikolay Tsukanovu vəzifələrindən azad olunub.

Qeyd edək ki, bundan əvvəl Putiun Dövlət Duması deputatlarının yeni nazirləri təsdiq etmə prosedurunu dəqiqləşdirən federal konstitusiya qanununu imzalayıb.

Bu qanun güc strukturları blokuna daxil olan nazirlərdən başqa, Nazirlər Kabinetinin bütün üzvlərinə aiddir. Güc strukturları blokuna daxil olan nazirləri Prezident senatorlarla məsləhətləşdikdən sona təyin edəcək.



Ana səhifəyə qayıt        Baxış: 2 571          Tarix: 9-11-2020, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma