Xəbər lenti


Dünyaca məşhur fotoqraf, “National Geografic” jurnalının fotojurnalisti Reza Deqati bu dəfə erməni işğalından azad edilən Füzuli rayonuna səfər edib. 

Musavat.com bildirir ki, fotoqraf öz “İnstagram” hesabında rayonun xarabaya çevrilmiş mənzərələrini paylaşaraq qeyd edib:
“İşğaldan yeni azad edilmiş Füzuliyə daxil olanda kabus şəhər görərək şok oldum. Minlərlə insanın yaşadığı bu yer tamamilə boş idi. Təbiət öz hökmranlığını bərpa etmişdi”.

Reza Deqati 90-cı illərdə Füzulidən olan məcburi köçkünlərlə tanış olmasından da söz açıb:
“90-cı illərdə Qarabağda fəal hərbi əməliyyatlar başa çatdıqdan sonra mən Füzulidən olan məcburi köçkünlərlə tanış oldum. Onların öz evlərini və torpaqlarını tərk etməli olduqları haqda xatirələrini heç vaxt unutmayacam. Ermənistan ordusu hücum edən zaman onların əksəriyyəti özləri ilə apara biləcəkləri az sayda əşya ilə avtobuslara üz tutmuşdular. Şəhərin çıxışında onlar erməni əsgərləri tərəfindən dayandırılıb, avtobusdan çıxmağa məbur ediliblər. Onların şəxsi əşyaları talan edilib, qadınlara hücum çəkilib, onların zinət əşyaları götürülb, cibləri boşaldılıb, bu vəhşiliyə etiraz edən kişilər öldürülüb. Bundan sonra erməni əsgərləri hamını ayaqqabılarını çıxarmağa məcbur edib, havaya güllə açaraq, onlara ayaqyalın qaçmağa məcbur ediblər”.

Fotoqraf illərlə tərk edilmiş avtobus və ermənilərin qoyub qaçdıqları paltarları paylaşaraq qeyd edib:
“Bu tərk edilmiş avtobus o xatirələri yenidən canlandırdı. Bu gün, demək olar ki, eyni yerdə məni həmin xatirələr yenidən düşünməyə vadar edən avtobusları görürəm. Sonra isə mən yerdə erməni əsgərlərinin ayaqqabı və paltarlarını gördüm. Böyük ehtimalla onlar qaçarkən bunları burada qoyublar. Bu, tarixin verdiyi dərsdir – sənə qarşı edilməsini istəmədiyin heç nəyi başqasına qarşı etmə”.

Fotoqraf Füzulinin indi kabus şəhərinə çevrildiyini qeyd edib:
“Füzuli, çiçəklənən və həyat dolu bir şəhər idi, indi isə təbiətin hər şeyi geri aldığı kabus şəhərinə çevrilib”.

Xalidə,

Musavat.com 



Ana səhifəyə qayıt        Baxış: 1 529          Tarix: 10-11-2020, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma