Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Almaniyanın məşhur “Bild” nəşri Rusiyanın Liviyada məxfi əməliyyatları barədə məqalə dərc edib.
Novator.az-ın məlumatına görə, məqalənin müəlifi “Bild”in siyasət bölməsinin məsul redaktoru Yulian Röpkedir.
Məqalədə deyilir ki, ABŞ ordusu rusiyalı muzdluların Liviyada vətəndaş müharibəsində fəal iştirak etdiyini üzə çıxarıb.
Yulian Röpke yazır: “ABŞ Müdafiə Nazirliyi öz rüblük hesabatında Amerika ordusunun Afrikadakı komandanlığına əsaslanaraq bildirib ki, Liviyanı bürüyən vətəndaş müharibəsində Kremlin nəzarətində olan 4 min muzdlu vuruşur, onların hamısı üsyançı general Xəlifə Haftarı müdafiə edir, onun ordusunun tərkibində döyüşür. Hesabatda birbaşa yazılıb ki, Liviyada Rusiyanın “Vaqner” qrupunun 2 minə yaxın üzvü fəaliyyət göstərir. Eyni zamanda orada Rusiyanın dəstək verdiyi daha 2 minə yaxın suriyalı döyüşçünün olduğu güman edilir”.
ABŞ Müdafiə Nazirliyinin hesabatına istinad edən Yulian Röpke vurğulayır: “Liviyadakı “Vaqner” qrupunun əsas vəzifəsi Sirtin (müharibə edən tərəflərin qarşı-qarşıya durduğu şəhər) müdafiəsi, Əl-Cəfra aviabazası və bu məntəqələr arasındakı müdafiə xəttidir”.
Yazıda ABŞ-ın “Vaqner” qrupu ilə bağlı daha iki detalı aşkara çıxardığı qeyd edilir: “Birincisi, hesabatda deyildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Liviya milli ordusuna dəstək məqsədilə “Vaqner” qrupunun oradakı üzvlərinə 14 döyüş təyyarəsi verib. Yəni rusiyalı muzdluların öz hərbi təyyarələri var və bunun köməyilə Kremlin, həm də Xəlifə Haftarın tapşırığı əsasında əməliyyatlar həyata keçirə bilərlər. İkincisi, ABŞ ordusu hesab edir ki, Liviyadakı əməliyyatı təkcə Rusiya deyil, general Haftarın Dubaydakı ən böyük müttəfiqi də maliyyələşdirir. Hesabatda bununla bağlı deyilir ki, qrupun fəaliyyətini Birləşmiş Ərəb Əmirliklərinin maliyyələşdirdiyi ehtimal olunur”.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Liviya üzrə hərbi analitiki və eksperti Cozef Dempsi “Bild”ə açıqlamasında Rusiya hərbi aviasiyasının general Haftara verilməsi faktına xüsusi diqqət çəkir: “12-yə yaxın Miq-29 və Su-24 tipli döyüş təyyarələrinin göndərilməsi Haftarı dəstəkləyən hava qüvvələrinin arsenalı üçün mühüm artım deməkdir”.
Ekspertin sözlərinə görə, bu iştirakın dəqiq mahiyyəti bəlli deyil, çünki may ayında Rusiyanın Suriyadan keçməklə Liviyaya çatdırdığı təyyarələrdən döyüş əməliyyatlarında birbaşa istifadə edildiyinə dair hələlik sübut yoxdur.
“Bild”dəki məqalədə bildirilir ki, bəzi müşahidəçilər bu yaxınlarda Haftarın hərbi manevr zamanı nümayiş etdirdiyi iki Su-24 döyüş təyyarəsində Liviya bayrağının göründüyünü vurğulayırlar. Amma Dempsi həmin təyyərlərdə həqiqətən də liviyalı pilotların oturduğunu mümkün hesab etmir; çox güman ki, onlar ya Rusiya Hərbi Hava Qüvvələrinin üzvləri, ya da həmin qüvvələrdən ehtiyata buraxılan şəxslərdir. Yəni hərbi ekspert təyyarələri “Vaqner” nümayəndələrinin idarə etdiyini düşünür.
“Bild” nəşri məsələ ilə bağlı Almaniya hökumətinə sorğu göndərib. Sorğuda xatırladılır ki, Vladimir Putin Berlində olarkən BMT-nin Liviyaya silah embarqosunu dəstəklədiyini demişdi. ABŞ Müdafiə Nazirliyinin hesabatı Putinin bu vədi pozduğuna sübutdurmu?
Almaniyanın Xarici İşlər Nazirliyi “Bild”in sorğusuna belə cavab verib: “Çoxsaylı məlumatlar “Vaqner” qrupunun Liviyadakı fəallığını təsdiqləyir. Avropa Birliyi buna görə “Vaqner” qrupu ilə əlaqəsi olan rusiyalı oliqarx Yevgeni Priqojinə sanksiyalar tətbiq edib. Avropa Birliyi Liviyada sülh prosesinə əngəl törədən və ya BMT-nin silah embarqosu müqaviləsini pazan şəxslərə və obyektlərə qarşı əlavə sanksiya tətbiq etmək hüququnu özündə saxlayır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar