Xəbər lenti


İsrailin Prezidenti Reuven Rivlin Co Baydeni ABŞ Prezidenti seçilməyi münasibəti ilə təbrik edib və ötən gün Vaşinqtonda baş verən toqquşmalara münasibət bildirib.

“RİA Novosti” agentliyi bu barədə İsrail prezidentinin ofisinə istinadən məlumat yayıb.

“Əminəm ki, yeni seçilmiş prezident Bayden bizim ən yaxın dostumuz və dünyanın ən böyük demokratik dövləti olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizi möhkəmləndirməyə davam edəcək”, - İsrail Prezidentinin təbrikində qeyd olunur.

İsrail Prezidenti Kapitoliya binasında baş verənlərə görə dərin narahat olduqlarını bildirərək əlavə edib ki, demokratiya nə qədər güclü və köklü dəyər olsa da, o, mütləq olmalı məsələ kimi qəbul olunmamalıdır.

/oxu.az/



Ana səhifəyə qayıt        Baxış: 2 486          Tarix: 7-01-2021, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma