Xəbər lenti



Dağlıq Qarabağ bölgəsində aparılacaq bərpa işləri ilə bağlı üçtərəfli komissiya yaradılır.
Bu barədə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü zamanı bildirilib.
"Xüsusi diqqət, bölhənin iqtisadi, ticarət və nəqliyyat kommunikasiyalarının açılmasılna xidmət edəcək"-deyə Putin açıqlamasında deyib.

Üçtərəfli komissiyaya Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri daxil olacaq.
Onlar bölgəyə dəymiş zərərin hesablanması və bərpa işlərinə nəzarət edəcəklər. Həmçinin, nəqliyyat kommunikasiyalarının açıqlması ilə bağlı detalları müəyyən edəcək.
***
Putin, Əliyev və Paşinyanın görüşü başlayıb. Putin Qarabağda sülhməramlıların nəzarəti ilə sərhəd xətlərinin nizamlanmasının müəyyən edilməsinin lazım olduğunu bildirib. 

Qarabağda yenidənqurma ilə hər 3 ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun məşğul olacağını bildirib. 
Putin hər iki liderlə qucaqlaşıb görüşüb, Əliyevlə Paşinyan isə əllə yox, sadəcə baş hərəkəti ilə salamlaşıblar. 
Hazırda görüş ictimaiyyətə qapalı şəkildə davam edir.


***
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
“Report” xəbər verir ki, Kremldə baş tutan görüşün təşəbbüskarı V.Putindir.
Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.

Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.
Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
“Azərbaycan Prezidenti Moskvaya çatıb, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıb. Hazırda Prezident İlham Əliyevin korteji Kremlə doğru yola düşüb”, - o qeyd edib.
Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüç keçiriləcək.

Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.



Ana səhifəyə qayıt        Baxış: 2 790          Tarix: 11-01-2021, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma