Xəbər lenti
Dünən, 19:25


Ceyson Rezaian
Washington Post”, 29.01.2021
 
İranla diplomatik təmasa qarşı tələsik düşünülmüş təzyiq kampaniyası həll olunmaqdadır və bu, prezident Baydenin Tehranla danışıqlar aparmaq mandatını gücləndirir.

Baydenin Rob Mallini İran üzrə xüsusi elçisi seçməsi ilə başlayan kiçik dastan İslam Respublikası ilə əlaqələr qurma perspektivlərinin nə qədər mübahisəli olacağının, eyni zamanda, bunun əleyhinə olan dəlillərin nə qədər boş olduğunun erkən göstəricisidir.
Mübahisə keçən həftə “İranda Demokratiya Milli İttifaqı” (NUFDI) adlı bir qrupun hələ dövlət katibi vəzifəsinə namizədliyi təsdiqlənməmişi Entoni Blinkenə ünvanlanan açıq məktubunda prezident Barak Obamanın Yaxın Şərq üzrə müşaviri Mallinin yeni təyinatına etirazla başlayıb. Məktubda Obamanın ikinci dövründə vəzifə almış Beynəlxalq Böhran Qrupunun hazırkı prezidenti Mallinin Tehranla, xüsusən də insan haqlarının pozulması məsələsində yumşaq davranacağı bildirilirdi.

Mallini dəstəkləyən cavab məktubları çox idi. Cümə axşamı yayımlanan və bir çoxu İran daxilindəki fəallarla birbaşa işləyən 200 şəxs və təşkilatın imzaladığı namədə Malliyə dəstək verdikləri və diplomatik yolla irəliləməsi zərurəti vurğulanıb.
“İran daxilində diplomatiya, nüvə sazişini canlandırmaq və gərginliyin azalmasını əsas insan haqları hədəflərinə doğru irəli sürmək üçün mühüm komponentlər olaraq görən insan haqları müdafiəçilərinin rəyləri dinlənilməlidir”.
Məktuba imza atanlar arasında keçmiş siyasi məhbuslar və Amerikalı girovlar, diplomatlar, alimlər və Alissa Milano da var. Bəlkə də bu sayda insanın cavab məktubuna ehtiyac yox idi.

NUFDI-nin məktubunda iddia olunub ki, Malliin təyinatı ilə Birləşmiş Ştatlar “yalnız İranın nüvə sazişinə yenidən qayıtması, regional terrorizmə və bəşər əleyhinə cinayətlərə məhəl qoymağa dair İrandakı diktaturaya soyuq bir siqnal verəcək”.
Məktubu müxtəlif mənşəli 12 şəxs imzalayıb. Onlardan biri, özünü demokratiya tərəfdarı elan edən Məryəm Memarsadiqi illərdir Dövlət Departamentinin qrantlarını aldıqdan sonra İrana qarşı kifayət qədər davakar sayılmayan Amerika vətəndaşlarına (o cümlədən mənə) böhtan atdığına görə ifşa olunan “İran Dezinformasiya Layihəsi” təşkilatının təsisçisidir.
Namənin, həqiqətən, diqqət çəkən tərəfi onu imzalayanlar arasında İran rejiminin keçmiş üç girovunun olması idi.
“Bloomberg”-dən Eli Leyk və “New York Times”-dan Brett Stivens köşələrində məktubdakı fikirləri təkrarlayıblar.
Stivens cəsarətlə iddia edib ki, “Malli Tehranın Vaşinqtondakı təbliğatçılarından biri kimi görünür”. Bu, məktubu imzalayanların hamısı tərəfindən paylaşılmayan bir fikirdir.

İranın digər keçmiş girovları ilə xüsusi ruh əkizliyi hiss edirəm və onların siyasi mövqelərinə şübhə etmirəm. Dəstəklədiyimiz şeylər barədə dərk edilmiş qərarlar vermək üçün kifayət qədər sınaqlardan keçmişik və onları əsaslandırmaq məcburiyyətində deyilik.
Ancaq narahat olduğumu ifadə etmək məcburiyyətindəyəm: Tramp administrasiyasına asanlıqla yol tapmış şəxslər qərarlarımızdan sui-istifadə edib. Onlardan biri məktubu oxumadan naməyə imza atıb; digər keçmiş girovlardan biri isə indi, Malliin karyerası haqqında daha çox məlumat əldə etdikdən sonra məktubu imzalamasından peşman olduğunu bildirib. Mənə sadə bir əsas gətirib: çünki amerikalıları girov tutan bir rejimə güzəştlər etmək fikrini qəbuledilməz hesab edir.
Prezident Donald Trampın İran üzrə xüsusi elçisi Elliott Abrams da “Post”-da eyni fikri dilə gətirən bir yazı dərc etdirib.

Bu, Bayden səlahiyyətlilərinin eşitməli olduğu, eyni zamanda, onsuz da yaxşı başa düşdükləri bir mesajdır.
Bunu bilirəm, çünki indiki komandanın 2016-cı ildə azadlığı barədə danışıqlar apardığı insanlardan biriyəm. Həbsdən buraxıldıqdan sonra həm İranla nüvə, həm də məhbusların sərbəst buraxılması ilə bağlı danışıqlarında iştirak edən rəsmilərlə saatlarla söhbət etmişəm. Onların bir çoxu indi hökumətə qayıdır: Con Fayner – milli təhlükəsizlik müşavirinin müavini, Vendi Şerman – dövlət katibinin müavini, Liza Monako – baş prokurorun müavini, Brett MakQurk – Ağ Evin Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə koordinatoru olaraq. Bəli, üstəlik, mənim və bir neçə başqa amerikalının evinə qayıtması üçün səylərdə iştirak etmiş olan Malli.

Sadəcə olaraq, İranla strateji məsələlərdən insan haqlarına qədər bir sıra mövzularda danışıqlar aparmaq baxımından, bu komanda vəzifəyə başladığı ilk gündə Tramp administrasiyasının tam 4 ildə yığa biləcəyindən qat-qat daha çox təcrübəyə sahib idi. Buna görə də, respublikaçıların qaçılmaz etirazlarına baxmayaraq, Bayden İran planları ilə inamla və şəffaflıqla irəliləməlidir.
O, Tramp ABŞ-ı çıxarmazdan əvvəl nüvə sazişinin işlək edən bütün üsullarla İranla əlaqəli digər məsələləri, xüsusilə də, insan haqları pozuntularını həll etməyə başlaya bilər. Bayden rəhbərliyi Trampın “maksimum təzyiq” siyasətinin uğursuzluğunu öz planının tərkib hissəsinə çevirməkdən çəkinməməlidir. Bütün hallarda, Bayden səlahiyyətliləri mesajlarında təfərrüatlara yol verməməlidirlər.

Bu epizoddan bir başqa dərs də budur ki, İranın maraqlı tərəfləri danışıqların bir hissəsi olmalıdır.
Birinci məktuba zəif dəstək və ikinci məktubu qəti şəkildə dəstəkləmə göstəricidirsə, İran mənşəli amerikalılar sanksiyalardan və kollektiv cəzalardan daha çox vətənləri ilə əlaqəli məsələlərin diplomatik həllinə üstünlük verirlər.
Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 827          Tarix: 30-01-2021, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma