Xəbər lenti

Rusiya Dumasında vitse-spiker vəzifəsini tutan Vladimir Jirinovskinin oğlu İqor Lebedev payızda keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. “AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında yayılan məlumatda İ.Lebedevin xeyli müddətdir atası ilə yola getmədiyi bildirilir. Dumadakı yüksək postuna rəğmən, İ.Lebedevin atasının rəhbərlik etdiyi LDPR-də əsas söz sahibi olmaq istəyi baş tutmayıb.

Bu məsələ ilə bağlı mətbuata açıqlama verən Jirinovski deyib ki, oğlunun onlardan ayrılmasına təəssüf edir: “Biz çox təəssüf edirik ki, o, bizimlə deyil. Lakin adamın öz planları, layihələri var.”
“RBK” isə partiyadakı mənbələrə istinadla yazır ki, Jirinovski ilə böyük oğlu İqor arasında maliyyə və partiyanın idarə edilməsi məsələlərində mübahisə yaranıb. Nəticədə İ.Lebedev geri çəkilməli olub və özünün sosial şəbəkə səhifəsində siyasi fəaliyyətini dayandırmaq, payızda keçirilməsi gözlənilən seçkidə namizədliyini verməmək qərarına gəldiyini yazıb.

Sosial şəbəkəlrdə isə Jirinovski ilə oğlunun əsasən pul üstündə mübahisə etdikləri və buna görə yola getmədiklərinə dair məlumatlar yayılır.

Xatırladaq ki, adı müxalif partiya olsa da, Jirinovskinin partiyasının əsasən hakimiyyətə bağlı mənbələrdən maliyyələşdirildiyi məlumdur. Bir çox müxalif siyasətçilər və siyasi ekspertlər isə tez-tez Jirinovskinin “siyasi fahişəlik” yolu ilə böyük var-dövlətə sahib olduğunu qabardırlar.

Cəlal

“AzPolitika.info” 



Ana səhifəyə qayıt        Baxış: 3 529          Tarix: 26-06-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma