Xəbər lenti
Dünən, 23:20
Dünən, 22:04
Dünən, 21:25
Dünən, 20:47
Dünən, 19:00
Dünən, 14:00
Dünən, 10:11
Dünən, 09:04
24-12-2024, 23:15
24-12-2024, 21:25
24-12-2024, 20:22
24-12-2024, 19:46
24-12-2024, 18:18
Ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibədə Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 ərdəbilli fəal barəsində məhkəmə qərar çıxarıb.
Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumatlara görə, barələrində məhkəmə qərarı çıxarılan şəxslər Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Səccad Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Pərviz Siyabi və Bəhmən Xeyrcudur.
Fəallar “hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.
Qeyd edək ki, həmin fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.
Sonrakı günlərdə də oxşar məqsədlə Cənubi Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da saxlanılmış və girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
Ərdəbilli fəallar Qarabağa dəstək verdikləri üçün cəzalandırılıblar
Onlar ikinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana yardımlarına etiraz etmişdilər.
"Azad İran" Teleqram kanalının verdiyi xəbərə görə, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 ərdəbilli fəal barəsində məhkəmə qərarı çıxarılıb.
Oktyabrın 9-da Ərdəbilin Cəza Məhkəməsinin 102-ci şöbəsinin rəisi Tahir Rəsulinin çıxardığı qərara görə, aərbaycanlı fəallar ümumilikdə 180 ay həbs, 888 şallaq cəzasına məhkum ediliblər.
Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Hamed Heidəri, Mohəmməd colani, Sobhan Bəkhshi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İranın Cinayət Məcəlləsinin 607-ci maddəsinə əsasən ittiham olunublar.
Fəallar “hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.
Bununla yanaşı, məhkəmə Pərviz Siyabi, Hüseyn Balaxani, Hamid Heydəri, Məhəmməd Colani, Səccad Colani və Sübhan Bəxşinin yaş, sağlamlıq və ictimai mövqelərini nəzərə alaraq, onların barəsində çıxarılmış olan elektron qandal vasitəsilə nəzarətdə saxlanılmaq cəzasının 4 il müddətinə təxirə salınması barədə qərar çıxarıb.
Eyni halda İran İslam Respublikasının Cinayət Məcəlləsinin 448 və 449 -cu maddələrinə və Cinayət Prosessual Məcəlləsinin 427 -ci maddəsinə əsasən Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirdiyi üçün cərimə ödəməyə məhkum olunub.
Qeyd edək ki, yuxarıda adları sadalanan fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.
Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da saxlanılmış və girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
İran təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla kobud davranması həm Güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu. "Beynəlxlaq Əfv Təşkilatı" yaydığı bəyanatda İran hökumətindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd- şərtsiz azad etməsini tələb etmişdi.
Youtube kanalımıza abunə olun: https://www.youtube.com/channel/UCyJSFrC9vvn6CjIZP_oThIw
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar