Xəbər lenti

Azov” üzərində beynəlxalq koalisiya işləyir və bu koalisiya onların dəyişdiriləcəyinə dair zəmanət verib. Müvəqqəti işğal altında olan Mariupolda silahı yerə qoyan və Ukrayna komandanlığının göstərişi ilə Rusiya tərəfinə təslim olan bütün “Azov” döyüşçüləri hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin qoruması altındadırlar”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri ukraynalı hərbçi və ictimai xadim Viktor Yaqun Ukrayna mətbuatına müsahibəsində deyib.

O, qeyd edib ki, “silahı yerə qoyun” əmrini yerinə yetirən “Azov” müdafiəçilərinin bir çoxu müvafiq sənədləri dolduraraq, beynəlxalq koalisiya üzvlərinə təqdim ediblər: “Hətta İkinci Dünya Müharibəsi zamanı bu kartları dolduran müharibə əsirlərinə Qırmızı Xaç vasitəsilə yardımlar olunurdu. Onların ailələriylə əlaqə qurmalarına şərait yaradılırdı, mütəmadi olaraq onların vəziyyətləri öyrənilirdi və sair”.

Viktor Yaqun bildirib ki, “Azov” döyüşçülərinin əsirlikdən xilas olunmaları üçün beynəlxalq koalisiya tam gücüylə işləyir: “Onlar qısa müddət ərzində “Azov” müdafiəçilərinin rus hərbi əsirlərlə dəyişdiriləcəyilə bağlı zəmanət də veriblər. Lakin buna baxmayaraq, Rusiya ələ keçirilən “Azov” döyüşçülərini psevdo-məhkəmələrə çıxararaq, “əlavə şou” yaratmağa çalışır. Kreml “Azov”çuların hamısını Rusiyaya aparıb. Bu, ən azından onların güllələnməyəcəyinə dair bir növ zəmanət verir. Çünki Rusiya ölüm hökmünü adətən öz sərhədlərindən kənarda, qondarma respublikaların ərazisində verir”.

Ekspert qeyd edib ki, Azovstaldan təxliyyə olunan bütün yaralı hərbçilərə tibbi yardım göstərilib və onların bir qismi Rusiya ərazisndəki xəstəxanalara köçürülüblər.

Xatırladaq ki, 80 gün “Azovstal” ərazisində mühasirə şəratində döyüşən 2400-ə yaxın “Azov” müdafiəçisi mayın 21-də silah-sursat və ərzaq etiyatları tükəndiyindən rus hərbçilərinə təslim olublar.



Ana səhifəyə qayıt        Baxış: 2 882          Tarix: 4-06-2022, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma