Xəbər lenti

Avropa Şurasının Nazirlər Komitəsi 8-10 iyun görüşündə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra durumunu müzakirə edib. Aihmaz.org xəbər verir ki, görüşdə Azərbaycan üzrə də qətnamələr çıxarılıb.

Xədicə İsmayılın işi çərçivəsində Avropa Məhkəməsinin 2 qərarının icrasına nəzarət edilir. Həmin qərarlar Xədicə İsmayılın şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu ilə bağlıdır. Nazirlər Komitəsinin qətnaməsində qeyd olunur ki, Azərbaycan dövləti Xədicə İsmayılın məruz qaldığı cinayətlərin istintaqını yeniləməli, cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün bütün addımları atmalıdır.

1976-cı il təvəllüdlü Xədicə İsmayıl jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-cu illərdə radionun Bakı bürosuna rəhbərlik edib. O, 2014-cü il dekabrın 5-dən həbsdə olub. Vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı, şərti məhkumluqla azadlığa buraxılıb.

2012-ci ildə onun yaşadığı mənzildə gizli çəkilmiş, şəxsi həyatını əks etdirən videolent yayılıb. Jurnalist şəxsi həyatın toxunulmazlığının pozulmasından şikayəti əsasında qaldırılan cinayət işi üzrə icraatın effektiv aparılmadığını bildirib. Avropa Məhkəməsi Xədicə İsmayılın Azərbaycan dövlətindən müxtəlif şikayətlərini haqlı sayan qərarlar çıxarıb.

Digər işlər çərçivəsində Avropa Məhkəməsinin 6 qərarının icrası nəzarətə alınıb. Həmin qərarlar hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Arif Yunus, Leyla Yunus, fəallar Məmməd Əzizov, Şahin Novruzlu, Qiyas İbrahimov, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), jurnalist Xədicə İsmayılın həbsləri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Nazirlər Komitəsinin qətnaməsində qeyd olunur ki, bu qrupa daxil olan işlərdəki bütün ərizəçilərin məhkumluqları ləğv edilməli, ərizəçilərə cinayət işi açılmasının bütün mənfi nəticələri aradan qaldırılmalıdır. Azərbaycan dövlətinə tədbirlər görməsi üçün avqustun 1-dək vaxt verilib.

1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.

Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.

2020-ci il martın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla bağlı qətnamə qəbul edib, müxalif siyasətçi İlqar Məmmədov, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov, İntiqam Əliyevin hüquqlarının bərpa edilməməsinə irad bildirib, Azərbaycan dövlətini ittiham hökmlərinin ləğvini təmin etməyə və mənfi nəticələri aradan qaldırmağa, o cümlədən həmin şəxslərin mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsi onların Azərbaycanda məhkum edilməsini qanunsuz sayıb, 29 may 2019-cu il qərarında göstərib ki, Azərbaycan 2014-cü ilin mayından başlayaraq bu qrup üzrə ilk qərarın icra edilməsinə dair öhdəliyini yerinə yetirməyib.

Azərbaycan Ali Məhkəməsinin Plenumu 23 aprel 2020-ci il iclasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun və hüquq 
müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov, İntiqam Əliyevin hüquqlarının bərpa edilməməsinə irad bildirib, Azərbaycan dövlətini ittiham hökmlərinin ləğvini təmin etməyə və mənfi nəticələri aradan qaldırmağa, o cümlədən həmin şəxslərin mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsi onların Azərbaycanda məhkum edilməsini qanunsuz sayıb, 29 may 2019-cu il qərarında göstərib ki, Azərbaycan 2014-cü ilin mayından başlayaraq bu qrup üzrə ilk qərarın icra edilməsinə dair öhdəliyini yerinə yetirməyib.

Azərbaycan Ali Məhkəməsinin Plenumu 23 aprel 2020-ci il iclasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işlərinə yenidən baxıb, hər iki şəxsə bəraət verilməsi, dövlətin onlara mənəvi ziyana görə təzminat ödəməsi qərarları çıxarılıb.

Nazirlər Komitəsi 2021-ci il iyunun 9-da dərc edilən qətnamədə Azərbaycan dövlətini haqqında Avropa Məhkəməsinin qərarları olan bir qrup şəxsin hüquqlarını dərhal bərpa etməyə çağırıb. Sənəddə həbsdə olmuş hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, ictimai fəallar Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimov və siyasətçi Natiq Cəfərlinin adları çəkilib, Avropa İnsan Hüquqları Məhkəməsinin onların Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan hüquqlarının pozulduğunu müəyyən etdiyi xatırladılıb.

Natiq Cəfərlinin cinayət təqibinə xitam verildiyi, üstündə vergi borcu qaldığı bildirilib.

Nazirlər Komitəsi Azərbaycan dövlətini göstərilən şəxslərin işləri üzrə tədbirlər görülməsində irəliləyişə nail olmağa, pozuntuların köklü səbəblərinin aradan qaldırılması üçün effektiv addımlar atmağa çağırıb.

2021-ci il noyabrın 19-da Ali Məhkəmənin Plenumu Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədliyə bəraət verib, dövlətin boynuna onlara təzminat ödəmək öhdəliyi qoyulub. Bu şəxslər, həmçinin Məmməd Əzizov, Şahin Novruzlu, Bəxtiyar Quliyev, İlkin Rüstəmzadə 2013-cü ildə tutularaq kütləvi iğtişaş təşkil etmə cəhdində təqsirli biliniblər, bir müddət həbsdə yatıblar.



Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 12-06-2022, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma