Xəbər lenti

Erməni separatçı-terrorçu rejimi  Azərbaycan Respublikasının Tərtər rayonunun iki ildən çoxdur ki,  Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsində “ARMAT IN THE AIR” ("ARMAT HAVADA") adlanan ikinci, ümumilikdə isə sayca 24-cü “Armat” laboratoriyası olan PUA emalatxanasını açıb.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. 

Tərtər rayonunun Ağdərə şəhərində dron sexinin açılışını Kremlin bəslədiyi Arayik xuntasının yeni “dövlət naziri təyin olunmuş və Putinin milyarder "desant"ı sayılan Ruben Vardanyanın üzdəniraq müşaviri Artak Beqlaryan təşkil edib.

A. Beqlaryanın teleqram-kanalında yazdığına görə, layihə özünü Ağdərə ilə "qardaşlaşmış" şəhər elan edən, Fransa paytaxtı Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və şəhərin erməni icması tərəfindən maliyyələşdirilir.  

Xəbərdə deyilir ki, eyni gündə Xankəndində "ARMAT" emalatxanalarının sərgisi keçirilib. Məlumata görə, 24 "Armat" sexində artıq 600-ə yaxın hayk şagirdin praktiki-texnoloji təhsil aldığı da bildirilir.

Qeyd edək ki, gecə saatlarında bəzi Azərbaycan saytları erməni mediasına istinadla verdikləri sözügedən erməni təxribatı haqda xəbəri Azərbaycan oxucularına təhrif olunmuş məzmunda çatdırıb. Belə ki, növbəti dəfə erməni təxribatı baş verən ərazi yanlış göstərilib. Sözügedən dron sexinin Ağdərə şəhərində yox, Xocavənd şəhərində açıldığı bildirilib. Odur ki, bəhs edilən xəbəri yenidən, düzgün məzmunda dəyərli oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bildik...

Həmkarlarımızdan bir daha işğaldan yenicə azad olunmuş və ya işğal altında qalan torpaqlarımızdakı yaşayış məntəqələrimiz və digər toponimlərimizin adlarının- xüsusən ermənicə tərcüməsində- düzgün verilməsinə diqqət etmələrini xahiş edirik.

Xatırladırıq ki, keçmiş Dağlıq Qarabağ ərazisind ermənilər yaşamış rayonlarımızın 1991-ci ildən bəriki adları belədir: Martuni - Xocavənd, Mardakert - Ağdərə, Hadrut - eyni adla Xocavənd rayonunun tərkibində qəsəbədir, Əsgəran - eyni adla Xocalı rayonu ərazisində şəhərdir... Şuşa da elə Şuşadır...

Sultan Laçın




Ana səhifəyə qayıt        Baxış: 4 187          Tarix: 14-11-2022, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma