İtaliyanın Viareco şəhərinin meri Corco del Qinqaro daimi müştərisi olduğu şəhər restoranlarından birində axırıncı dəfə xoş qarşılanmayıb.
Ovqat.com Trend-ə istinadən bildirir ki, üzləşdiyi vəziyyət barədə "Facebook" səhifəsində yazan mer deyib ki, bir neçə gün əvvəl dostları ilə şəhərdə tez-tez getdiyi restoranlardan birində şam etmək qərarına gəlib.
Yemək rəsmi olmadığından restorana "casual" stildə gedib dostları ilə yenicə söhbətə başlayan merə yaxınlaşan ofisiant bildirib ki, o, geyindiyi şortla restoranın dress-kodunu pozur. Restoranı tərk etmək məcburiyyətində qalan Corco del Qinqaro şamı başqa yerdə etməli olur. Geyimini səhifəsində paylaşan italiyalı mer paltarının heç də dəhşətli olmadığını və bu hadisə zamanı dostlarının yanında xeyli utandığını yazıb.
Paylaş: