Xəbər lenti

 

Bir neçə gün əvvəl Livanda yol qəzasında ölən azərbaycanlı idmançı Xəzər Əliyevin nəşi Bakıya gətirilir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşı Əliyev Xəzər İntiqam oğlunun cənazəsi bu gün Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb: “Azərbaycan Respublikasının Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub. Cənazəni mərhumun anası Həsənova Məlahət müşayiət edir”.




Ana səhifəyə qayıt        Baxış: 901          Tarix: 8-09-2017, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma