Xəbər lenti

 
Moldovada Amerikaya meylli siyasətçilərin hakimiyyətə gətirilməsindən sonra Kişinyov Kiyevlə birlikdə Rusiyanın sərhədləri boyunca gərginliyi artırmaq üçün istifadə olunan bir vasitəyə çevrilə bilər”.
 
Ovqat.com xəbər verir ki, rusiyalı hərbi ekspert Aleksey Leonkov jurnalist Vladimir Solovyova verdiyi video-müsahibəsində belə deyib.
 
Ekspertin fikrincə, Moldovanın yeni prezidenti Maya Sandu bəzi öhdəlikləri yerinə yetirmək üçün hakimiyyətə gətirilib və onun ilk vəzifələrindən biri Ukrayna ordusunun iştirakı ilə bərabər Dnestryanı bölgəyə qarşı hərbi əməliyyatlara başlamaqdır və “prinsipcə, bu plan reallaşmaqdadır”.


 
Leonkov Kişinyova xəbərdarlıq edib ki, əgər belə bir xəyala düşərsə və Ukrayna Silahlı Qüvvələri də bu əməliyyata qatılarsa, rus ordusu da Dnestryanı "dəhlizdən" keçib hadisələrə müdaxilə edəcək.
 
Leonkov planlaşdırılan əməliyyatda Ukrayna Silahlı Qüvvələrinin mütləq iştirak edəcəyinə inanır. “Türkiyə və Rumıniya kimi ölkələrin hərbi personalının Dnestryanıya hücumda iştirakı Rusiyanın reaksiyasından asılı olacaq. Reaksiya ani olarsa, həmin ölkələr fərqli mövqe tutacaq və onların fəaliyyəti “şişirdilmiş” hərbi ritorika ilə məhdudlaşacaqlar".
 
Hərbi ekspert qeyd edib ki, Rusiyanın “ildırımsürətli” reaksiyası sayəsində Dnestryanı bölgə öz “müstəqilliyini” qoruya biləcək. 
 
“Dnestryanı bölgə ilə birbaşa əlaqəmizin olmamasına baxmayaraq, Rusiya Federasiyası Qara Dəniz Donanmasına və Aerokosmik Qüvvələrə malikdir. Bu imkan orduya Dnestryanıdakı quru dəhlizini keçməyə kömək edəcəklər”, -deyən mütəxəssis vurğulayıb ki, Rusiya heç vaxt bölgədəki sülhməramlılarını dəstəksiz qoymayacaq.




Ana səhifəyə qayıt        Baxış: 4 893          Tarix: 13-02-2021, 00:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma