Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
“Böyük Turandan fövqəlmilli bir təsisat olaraq danışırıqsa, Türkiyənin belə bir hədəf güddüyünü düşünmürəm. Reallıqda SSRİ-nin bir hissəsi olmuş və hazırda müstəqillik qazanmış ölkələrin bu ideyanı hansısa şəkildə dəstəkləyə biləcəyinə inanmıram. Əksinə, onların xarici siyasətinin bütün pafosu və fəaliyyət praktikası öz milli dövlətlərini möhkəmləndirməkdən ibarətdir".
Ovqat.com xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov RBC TV kanalına verdiyi müsahibədə belə deyib.
Lavrov Türkdilli əlaqələr mövzusunun Türkiyə ilə bağlı ölkələr, o cümlədən Azərbaycan və bəzi Orta Asiya dövlətləri arasındakı iş birliyinə dərin nüfuz etdiyini də gizlətməyib.
Bununla belə, o, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını Moskvanın geopolitik maraqları üçün təhlükə hesab etmir. Əksinə Rusiyanın da həmin qurumda müşahidəçi qismində iştirak etdiyini xatırladıb. "Bir neçə respublikamız bu Şurada təmaslarda maraqlıdır və orada konkret layihələrdə yer alırlar. TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi bir quruluş da var. Bu təşkilatların hər birinin öz planları və tədbirləri mövcuddur. Bu fəaliyyətlər əsasən mədəniyyət, dil, təhsil əlaqələri üzərində qurulub”, - Lavrov belə deyib.
Nazir Türkiyənin yürütdüyü Turançılıq siyasətini Rusiyanın “Rus dünyası” ideyası ilə müqayisə edib: "Biz də “Rus dünyası” ideyası ətrafında ünsiyyət qurma fürsətinin olmasını istəyirik. Xaricdə yaşayan soydaşlarımızla geniş təşkilat şəbəkəsi yaradır, sırf dil, təhsil, elmi hədəflərlə fərqli ölkələrin universitetlərində Rus Dünyası mərkəzləri açırıq".
Rusiya Xarici İşlər nazirinin Turançılıqdan danışmasının ABŞ-ın “gizli CİA”-sı adlanan “Stratfor” düşüncə mərkəzinin “Türkiyə - 2050” xəritəsini yayımladığı ərəfəyə düşməsi təsadüfi görünmür. Xatırladaq ki, həmin xəritəyə Orta Asiya ölkələrindən tutmuş Rusiyanın Xəzər ətrafı əraziləri də salınmış, bu da rus ekspertlərinin ciddi reaksiyasına yol açmışdı.
Bu zamanadək Kremldən həmin xəritə ilə bağlı açıqlama gəlməməsi isə təəccüb doğururdu. Lavrovun üzərindən xeyli keçdikdən sonra Turançılıqla bağlı yumşaq açıqlamalar verməsi Moskvanın bu mövzuda Ankara ilə münasibətləri gərginləşdirmək istəmədiyinə dəlalət edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar