Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
“Lazım gəlsə uranı 60% zənginləşdirə bilərik ”.
Ovqat.com xəbər ki, İranın Ali Lideri Ayətullah Əli Xamenei dünən Üləmalar Məclisinin nümayəndələri ilə görüşündə belə deyib.
Dini lider İran parlamentinin və hökumətinin "İran Xalqının Sanksiyaların Ləğvi və Mənafelərinin Qorunması üçün Strateji Fəaliyyət Planı" adlı Qanunun həyata keçirilməsi üçün əməkdaşlıq etməsinin lazım olduğunu bildirib: "Məclis və hökumət öz aralarındakı problemləri həll etməli və bu fəaliyyət planı həyata keçirilməlidir".
ABŞ və digər Avropa ölkələrinin İranla bağlı son açıqlamalarını insafsızlıq və zorakılıq nümunəsi kimi qiymətləndirən Xamenei nüvə proqramından geri çəkilməyəcəklərini bildirib.
İran parlamentinin nüvə fəaliyyətlərini artırmaq üçün verdiyi qərarlara toxunan Xamenei deyib: “Parlament bir qərar verdi və hökumət bu qərarı məmnuniyyətlə qarşıladı. Dünənə qədər işlər görüldü və bəzi qərarlar da sabah icra ediləcək. Hökumət parlamentin qəbul etdiyi qərarı diqqətlə yerinə yetirməlidir”.
İranın nüvə silahı istehsal etmək niyyətində olmadığını ifadə edən Xamenei bu mövqeyi İslami dəyərlə əlaqələndirib: "Qərb ölkələri İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcəklərini söyləyirlər. İran İslam Respublikası nüvə silahı istehsal etmək istəsəydi, heç kim buna mane ola bilməzdi. Nüvə silahı istehsal etmirik, çünki İslam düşüncəmizdə nüvə silahına yer yoxdur".
Qeyd edək ki, uranın 60% zənginləşdirilməsi yalnız bir məqsədə qulluq edə bilər – istənilən an nüvə silahlarına sahib olmaq. Çünki nüvə enerjisi ilə bağlı olan heç bir texnologiya 60% zənginləşdirilmiş uranla fəaliyyət göstərmir. Yalnız nüvə silahları üçün uranın 80%-ə qədər zənginləşdirilməsi lazımdır. Uranı 60% zənginləşdirdikdən sonra bu nisbəti 80%-ə yüksəltmək isə o qədər də çətin deyil, cəmi bir neçə gün ərzində atom bombasının üçün tələb olunan enerjini əldə etmək olar. Bəzi İran ekspertlərinin də tələbi bu yöndədir: “İran nüvə silahı istehsal etməsə də, bu potensiala sahib olmalıdır”.
Qərb ölkələri isə İrana yalnız uranı 3% zəmginləşdirməyi şərt qoşurlar. Çünki bu nisbətdə zənginləşdirilmiş uranla atom elektrik stansiyalarını işlətmək mümkündür.
2015-ci ildə BMT Təhlükəsizlik Şurasının 5 Daimi üzvü və Almaniya ilə bağladığı “nüvə sazişi”ndə də İran uranı yalnız 3% zənginləşdirmə ilə kifayətlənmə öhdəliyini boynuna götürmüşdü. Daha sonra 2018-ci ildə ABŞ-ın sabiq prezidenti Trampın geri çəkilməsi ilə əhəmiyyətini itirən “nüvə sazişi”ndən imtina edən İran parlamenti ötən il “İran Xalqının Sanksiyaların Ləğvi və Mənafelərinin Qorunması üçün Strateji Fəaliyyət Planı" adlı Qanun çıxardı. Bu qanuna görə, İran uranı 20% zənginləşdirə bilər. Qərb tərəfindən kəskin tənqid olunan həmin qanun bu gün qüvvəyə minir, bu da rəsmi Tehrana beynəlxalq basqıları artırır. İranın əsl idarəçisi olan dini lider “uranı 60% zənginləşdirə bilərik” deməklə, əslində Qərbdən gələn bütün basqılara cavab verir və çox məcbur edərlərsə, nüvə silahları hazırlaya biləcəklərinə eyham vurur.
Xatırladaq ki, bu təhdidi ilk dəfə İranın Təhlükəsizlik naziri Seyyid Mahmud Ələvi dilə gətirmiş, nüvə silahı istehsal edə biləcəklərinə eyham vurmuşdu. Ələvi bildirmişdi ki, İranın qurucu lideri Ayətullah Ruhullah Xomeyninin nüvə silahlarının istehsalını haram buyurmasına baxmayaraq, Qərbin basqıları Tehranı bu yöndə addım atmağa vadar edə bilər. Təhlükəsizlik nazirinin bu açıqlaması ölkə daxilində və xaricində ciddi reaksiyalar doğurmuşdu. Nazirin bu fikirlərinə dini liderin dünənə qədər cavab verməsi bəyanatın onun razılığı ilə verildiyi barədə söz-söhbətə yol açmışdı. Dini lider nəhayət dünən susqunluğunu pozaraq öz mövqeyini ortaya qoydu və Ələvinin arxasında olduğunu təsdiqlədi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar