Xəbər lenti

 
 
 
Ukraynanın qazötürmə sistemi operatoru OGTSU (GTS Operator of Ukraine)  “Şimal axını-2” qaz kəmərini inşa edən “Fortuna” boru döşəmə gəmisinə qarşı yeni sanksiyaları alqışlayıb.
 
Ovqat.com xəbər verir ki, Ukrayna operatorunun bu gün yaydığı bəyanatda deyilir: 
 
“Vaşington Şimal axını-2”-yə qarşı növbəti sanksiyalar elan etdi. Ukraynanın qazötürmə operatoru OGTSU ABŞ-ın bu təhlükəli layihənin həyata keçirilməsinə qarşı kəskin müqavimətini yüksək qiymətləndirir”.
 
 
OGTSU-nun baş direktoru Sergey Makogon  Ukrayna tərəfinin qaz kəməri layihəsindəki mövqeyini dəyişdirmədiyini qeyd edib. "Hər gün qaz nəqli sistemimizi və qaydalarımızı təkmilləşdirmək üçün çalışırıq, bu səbəbdən AB müştərilərinə daha çox etibarlılıq və rahatlıq zəmanəti təklif olunur".
 
Xatırladaq ki, ABŞ Dövlət Departamenti hələ Donald Tramp hakimiyyəti dövründə Konqresə göndərdiyi sənəddə “Şimal axını-2”-yə qarşı mümkün sanksiyalar siyahısına “Fortuna” gəmisini və onun sahibi KVT-Rus şirkəti də salmağı tövsiyə etmişdi. Dünən isə ABŞ-ın Xəzinadarlıq Departamentinin rəsmi saytında “Fortuna” gəmisi və “KVT-Rus” şirkəti sanksiyalar tətbiq olunanlar sırasına əlavə edilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 984          Tarix: 23-02-2021, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma